image-qanunla-reklam
image-16505638132893254702_1000x669

İşğaldan azad olunmuş ərazilərin logistik əhəmiyyətini artıran yeni yolların inşası

image-lady-day-az

İşğaldan azad olunmuş ərazilərin logistik əhəmiyyətini artıran yeni yolların inşası

44 günlük Vətən müharibəsindəki qələbəmizdən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda geniş bərpa və yenidənqurma işlərinə başlanıldı. İlk sırada duran işlərdən biri yol infrastrukturunun qurulması idi ki, burada hava yolları da müstəsna əhəmiyyət daşıyırdı.  Elə bu məqsədlə Prezident cənab İlham Əliyevin tapşırığı ilə ilk olaraq Füzuli Beynəlxalq Hava Limanının tikintisinə başlanıldı. Qısa zamanda aeroport tikilərək ötən ilin oktyabr ayında istifadəyə verildi. Təbii ki, işğaldan azad olunmuş ərazilərdə işlərin sürətli şəkildə həyata keçirilməsi, kommunikasiyanın inkişafı üçün hava limanlarının salınması vacib idi. Artıq Füzuli hava limanı fəaliyyət göstərir. Cari ildə isə Zəngilan Beynəlxalq Hava Limanıda istifadəyə verildi. Laçında da hava limanının tikintisi sürətlə gedir.

Füzuli hava limanı Qarabağa getmək istəyən daxili və xarici turistlər üçün cəlbedici olacaq. Bu hava limanı Zəfər yoluna inteqrasiya olunduğundan turist səfərlərini də asanlaşdıracaq.  Azərbaycanın beynəlxalq müstəvidə əhəmiyyətini artıracaq. “Şimal-Cənub”, “Qərb-Şərq”,  eyni zamanda “Cənub-Qərb” dəhlizlərinin Azərbaycandan keçməsi və bu nöqtədə birləşməsi Zəngilanı logistik hava məkanına çevirir. Zəngəzur dəhlizinin açılacağı təqdirdə Zəngilanın və Zəngilan hava limanının əhəmiyyəti daha da artacaq. Bu hava limanı Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Türkiyənin Orta Asiyaya çıxışı bu marşrut üzrə olacaq. Eyni zamanda Orta Asiyadan Avropaya yük daşımalarının həyata keçirilməsində də bu hava limanı mühüm rol oynayacaq. Hansı istiqamətdə baxası olsaq, Zəngilan Beynəlxalq Hava Limanı digərləri ilə müqayisədə daha çox çəkiyə malikdir.  Bu, Azərbaycan miqyasında əhəmiyyətlilik dərəcəsinə görə ikinci vacib hava limanı olacaq. Laçının strateji əhəmiyyətini nəzərə aldıqda həmin rayonda beynəlxalq standartlara uyğun infrastrukturun formalaşdırılması çox vacib idi. İnşa edilən hava limanları bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Bu isə onların strateji əhəmiyyətini göstərir.

 

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki