image-qanunla-reklam
image-16649619086385521904_1000x669

İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür

image-lady-day-az

Cənab Prezident İlham Əliyevin Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışında səsləndirdiyi fikirlər mühüm önəm kəsb edir. Ermənistanın işğalı dövründə həyata keçirilən barbarlıq və vandalizm aktları nəticəsində Ağdam şəhəri tamamilə dağıdılıb viran qoyulub. 30 il ərzində Ağdam şəhəri, rayonun bütün kənd və qəsəbləri Ermənistan tərəfindən talanıb, hətta evlərin, tikililərin daşları bir-bir sökülüb, bütün binalar viran qoyulub, oğurlanıb və satılıb. Bu illər ərzində ermənilər tərəfindən Azərbycan xalqına məxsus olan bütün tarixi tikililər, mədəni, dini abidələr məhv edilib, İslam dəyərləri, məscidlər təhqirə məruz qalıb. Vandalizmin acı nəticəsi olaraq işğal edilmiş ərazilərdəki məscidlərimizdə ermənilər donuz, inək saxlaması faktları var.Işğaldan azad olunmuş ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i Ermənistan tərəfindən tamamilə dağılıb. “Şuşa, Laçın və qismən də Kəlbəcərdə az-çox yaşayış binalarının qalmasına baxmayaraq, bütün infrastruktur məhv edilib. Erməni təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistan ərazisindəki tarixi ata-baba yurdlarından 1 milyondan çox azərbaycanlı zorla qovularaq etnik təmizləməyə məruz qalıb. İşğal edilmiş ərazilərdə isə bu müddət ərzində Ermənistan tərəfindən böyük talançılıq və barbarlıq həyata keçirilib. İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu ərazilərə gələn yerli və xarici qonaqlar erməni vəhşiliyinin nəticəsinin şahidi olublar. Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar bu ərazilərdən olan talançılığa hiddətlərini gizlətmir. Bu illər ərzində beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə göz yumub. “ATƏT-in Minsk Qrupunun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib və bu ərazilərdəki qəddarlığı, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşma siyasətini görmələrinə rəğmən buna etiraz etməyib. Bu gün isə Azərbaycan dövləti bu ərazilərdə böyük bərpa quruculuq prosesini icra edir. Sözsüz ki, bu gün güclü Azərbaycan dövləti özünə məxsus tarixi ərazilərdə geniş quruculuq bərpa işlərini icra edir. Bütün bunlar ona dələlət edir ki, bu ərazilərimizdə də qısa zamanda həyat öz axarına düşəcək. İnsanlar öz ata-baba yurdlarında əbədi və xoşbəxt yaşamağa başlayacaq.

 

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki