image-qanunla-reklam
image-250px-1605426688

İnfrastruktur layihələrinin icrası

image-lady-day-az

İnfrastruktur layihələrinin icrası.

İşğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işləri uğurla davam etdirilir. Azərbaycanda ən böyük qızıl yataqları məhz bu rayonumuzun payına düşür.  Bu işlərin ən öndə gedəni isə yolların bərpası, yol-nəqliyyatı infrastrukturunun yenidən qurulmasıdır. Kəlbəcər rayonu böyük iqtisadi potensialı, ərazisinin böyüklüyü Kəlbəcərdə kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır. Kəlbəcər Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Rayonda ilk növbədə yolların çəkilməsinə diqqət ayrılıb. Bu azad edilən torpaqlarımızda gedən tikinti-bərpa işlərinə mühüm təsir edən amildir. Füsunkar təbiətə, zəngin təbii ehtiyatlara, turizm potensialına malik Azərbaycanın ən böyük dağ rayonu olan Kəlbəcərə ermənilər qarətçi kimi gəlib, qarətçi kimi də getdilər. Rayonu tərk edərkən götürə bildiklərini daşıdılar, götürə bilmədiklərini isə yandırıb viran qoydular. İndi işğaldan azad olunan digər rayonlarımız kimi Kəlbəcərə də yeni nəfəs gəlir. Dövlət başçısı bu rayonların yenidən dirçəldilməsi ilə bağlı mühüm tapşırıqlar verib. Kəlbəcərlə bağlı infrastruktur layihələri icra edilməyə başlayıb və uğurla davam etdirilməkdədir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Kamal Xəlilov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki