image-qanunla-reklam
image-1673502812_coko_vidodo

İndoneziya prezidenti buna görə ölkəsindən üzr istədi

image-lady-day-az

İndoneziya prezidenti Coko Vidodo ölkəsində keçmişdə “ağır insan haqları pozuntularına” görə üzr istəyib.

Qanunla.az xəbər verir ki, o, bu barədə Cakartadakı Prezident sarayında onlayn yayımlanan çıxışında danışıb.

1965-2003-cü illərdə baş vermiş pozuntulara görə dərin təəssüf hissi keçirdiyini bildirən Vidodo 12 insidenti misal çəkərək, hökumət qüvvələri tərəfindən yatırılan hadisələrdə “ciddi insan hüquqları pozuntularına” görə dövlət səviyyəsində üzr istəyib.

“Dövlət başçısı kimi mən bir çox insidentlərdə baş vermiş ağır insan hüquqları pozuntularının olduğunu vicdanla qəbul edirəm”,-  deyə o, ifadə edib.

Qeyd edək ki, 1965-ci ildə general Suhartonun başçılıq etdiyi hərbi çevrilişdən sonra ölkə ələ keçirilib. Bundan sonra İndoneziya şiddətli repressiyaların, həbslərin və qətllərin şahidi olub.1998-ci ildə kütləvi nümayişlər Suhartonun otuz illik diktaturasını devirib, lakin bu prosesdə çoxlu tələbə qaçırılıb və öldürülüb.

Məlumata görə, 1960-cı illərdə ən azı 500 min insan zorakılıq nəticəsində həyatını itirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki