image-qanunla-reklam
image-301563805_633382194808229_5480958267955796097_n

İkitərəfli əməkdaşlıqda yeni səhifə açılır

image-lady-day-az

İkitərəfli əməkdaşlıqda yeni səhifə açılır

Azərbaycanı Qazaxıstanla ortaq tarix, mədəniyyət və milli köklər bağlayır. Hazırda ölkələrimiz arası münasibətlər özünün ən yüksək mərhələsini yaşayır. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin nümayəndə heyəti ilə Azərbaycana yüksək səviyyəli rəsmi səfəri və qarşılıqlı əməkdaşlığa dair 20 sənədin imzalanması ölkələrimiz arası münasibətlərin gələcək inkişafında böyük perspektivlərin olacağını deməyə imkan verir. Xüsusilə qeyd etmək lazımdır ki, hər iki dövlət rəhbərinin imzaladıqları “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram” və “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” ölkələrimiz arası inkişafın vektorlarını müəyyənləşdirir.

“Qazaxıstan və Azərbaycan arasında imzalanmış sənədlər münasibətlərin çoxşaxəli inkişafını təmin edəcək. Bu əməkdaşlığın əsas istiqamətlərindən biri də humanitar sahədir. Qazaxıstanla Azərbaycan dost və qardaş ölkələrdir. Bu dostluq və qardaşlıq həm torpaqlarımızın erməni işğalı altında olduğu dövrdə, həm də Vətən müharibəsi və işğaldan azad olunmuş ərazilərimizin yenidən qurma və bərpası müddətində yüksək səviyyədə nümayiş olunur. Humanitar sahədə əlaqələrin genişlənməsi siyasi iqtisadi əməkdaşlığın dərinləşməsini sürətləndirəcək və ölkələrimizin daha da yaxınlaşmasına yol açacaq. Cənubi Qafqazın ən böyük sənaye şəhəri olan Sumqayıtın mərkəzi küçələrinin birinə qazax xalqının görkəmli oğlu, maarifçi, türkoloq Əhməd Baytursunovun adı verilib. Həmçinin Nur-Sultan şəhərinin mərkəzi prospektlərindən biri ümummilli lider Heydər Əliyevin adını daşıyacaq. Humanitar sahədə əlaqələrimizin inkişafı və dərinləşməsi müstəqilliyimizin tarixində münasibətlərimizin inkişafı və möhkəmlənməsi baxımından 30 ildə böyük yol keçdiyimizin göstəricisidir.

 

Nuray Kərimli  –Zərdab şəhər sakini,  tələbə, fəal gənc 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki