image-qanunla-reklam
image-336675802_233355609085237_8002228081716059059_n

İkinci Qarabağ müharibəsi dövründə Talış kəndi istiqamətində hərbi əməliyyatların böyük strateji əhəmiyyəti vardır

image-lady-day-az

İkinci Qarabağ müharibəsi dövründə Talış kəndi istiqamətində hərbi əməliyyatların böyük strateji əhəmiyyəti vardır

Vətən müharibəsindəki tarixi Zəfərdən sonra azad edilmiş ərazilərdəki ilk Novruz tonqalını Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada Cıdır düzündə alovlandırıb. 2022-ci ildə Novruz tonqalı Suqovuşanda və bu dəfə – 2023-cü ildə Talışda qalanır. Strateji təyinatlı Suqovuşan və Talış istiqamətindəki Tərtər döyüşləri, o cümlədən hərbi dərsliklərdə öyrənilən Şuşa döyüşləri Vətən müharibəsinin taleyini həll etməklə tarixi Zəfəri şəkilləndirib. Vətən müharibəsindən ötən iki il yarımlıq dövrdə Qarabağ və Şərqi Zəngəzur əraziləri tikinti, quruculuq, abadlıq meydanına çevrilib. Artıq Talış sakinlərinin doğma yurd yerlərinə qayıdışı başlayıb. Bu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli, müasir, müstəqil Azərbaycandır.

Dövlətimizin başçısı Tərtər rayonunun Talış kəndində olarkən İkinci Qarabağ müharibəsi dövründə bu istiqamətdə hərbi əməliyyatın böyük strateji əhəmiyyətini vurğulayıb: “Talış kəndi 2020-ci il oktyabrın 3-də azad edilmişdir. İkinci Qarabağ müharibəsi başlayandan bir həftə sonra qan tökərək biz artıq Talış kəndini azad etdik, eyni zamanda, Suqovuşan qəsəbəsini azad etdik.

İkinci Qarabağ müharibəsi dövründə o hərbi əməliyyatın çox böyük əhəmiyyəti var idi. Çünki biz öz azadlıq savaşımızı müxtəlif istiqamətlərdə aparırdıq, o cümlədən bu istiqamətdə. Ona görə bu istiqamətdə əldə edilmiş uğurlar müharibənin gələcək gedişatı üçün çox böyük önəm daşıyırdı, eyni zamanda, ordumuzun və xalqımızın mənəvi ruhunu da yüksəldirdi. Çünki Talış kəndinin strateji əhəmiyyəti hər kəsə bəlli idi.

Martın 18-də Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində kəndin azad olunması ilə bağlı bu fikirlərini şərh edərək deyib ki, 2020-ci il Vətən müharibəsində ən ağır döyüşlər məhz Suqovuşan və Talış istiqamətində baş verib. Müharibədən əvvəl azərbaycanlıların yaşadığı Tapqaraqoyunlu, Qaşaltı, hətta Naftalan yaşayış məntəqələri daim ermənilərin Talış kəndi istiqamətindən artilleriya zərbələrinə məruz qalırdı. Bu baxımdan müharibənin elə ilk illərində Azərbaycan Ordusu 2016-ci ilin aprel döyüşlərinin davamı olaraq Talış istiqamətində mühüm məntəqələri azad etdi. Talış ümumiyyətlə Ermənistan ordusunun həmin istiqamətdəki qüvvələrinin əsas dayaq məntəqələrindən biri idi. Bu ərazi Suqovuşan, Ağdərə və Sərsəng su anbarına çıxış üçün vacib hesab edilirdi. Döyüşlərin başladığı ilk günlərdə Murov zirvəsinin, ardınca Talış və Suqovuşan yaşayış məntəqələrinin azad olunması, ordumuzun Suqovuşan qəsəbəsi və Ağdərə şəhərinə hərbi əməliyyatlarının istiqamətini genişləndirdi. Çünki müharibənin getdiyi şimal cəbhəsində qüvvələrimizin əsas problemi bu yüksəkliklərlə bağlı idi. Talış və Suqovuşan istiqamətində bu yüksəkliklər ermənilərin nəzarətində idi.

Talışın azad olunması ilə azərbaycanlıların yaşadığı Qaşaltı, Tapqaraqoyunlu və Naftalan bölgələri atəş zərbələrindən xilas oldu. Bundan sonra Azərbaycan Ordusu Suqovuşan istiqamətinə çıxış əldə etdi. Onun geri qaytarılması və ərazidəki su anbarı Tərtər və digər yaxın rayonların su təminatı üçün böyük strateji əhəmiyyət daşıyırdı.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki