image-qanunla-reklam
image-parad_1

Hərbi gücün nümayişi

image-lady-day-az

Hərbi gücün nümayişi

Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Azərbaycanın Vətən müharibəsində möhtəşəm        Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika nümayiş olunmuşdur. Zəfər paradının ən yaddaqalan və rəmzi kompazisiyalarından biri  olan Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhədir.

44 günün hər günü şanlı tarixdir. Vətən müharibəsinin ilk saatlarından etibarən   Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Azərbaycan oğulları Ermənistanı döyüş meydanında məhv etdi. Vətən müharibəsində əldə olunmuş qələbədə payı olan hər bir hərbçi və mülki vətəndaş dövlət tərəfindən mükafatlandırılır.

Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılmışdır. Siyasi məsələlər hər şeyi həll edir. İkinci Qarabağ müharibəsinin aparılması üçün Azərbaycanda böyük hazırlıq işləri görülmüşdü. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi. Azərbaycan inkişaf edərək torpaqları azad etdi. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki