image-qanunla-reklam
image-332080480_422579566732894_8811310584043121982_n

Hər bir əsaslı çağırış sülh üçün stimuldur

image-lady-day-az

Hər bir əsaslı çağırış sülh üçün stimuldur

Keçirilən hər bir beynəlxalq səviyyəli tədbir iştirakçı ölkələrin, o cümlədən Azərbaycanın malik olduğu imkanların, eyni zamanda, həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayır. İki ildən artıqdır ki, tarixi Zəfərinin reallıqlarını yaşayan Azərbaycan bu tədbirlərdə 30 illik işğal dövrü ilə yanaşı, postmünaqişə mərhələsinin də gerçəkliklərindən bəhs edir, sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi yeri və rolunu möhkəmləndirir. Beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu forum kimi dəyərləndirilən, qlobal səviyyədə ən vacib və aktual problemlər üzrə diplomatik təşəbbüslər üçün platforma rolunu oynayan Münxen Təhlükəsizlik Konfransının hər il fevral ayında keçirilən görüşləri biri-birindən əhəmiyyətli hadisələrlə yadda qalır. Azərbaycan bu görüşlərdə fəal iştirakı, diplomatik təşəbbüsləri ilə diqqətdə olur. Ümumilikdə Münxen Təhlükəsizlik Konfransı hərtərəfli təhlükəsizlik konsepsiyasını ehtiva edir. Forumun builki – sayca 59-cu görüşündə ənənəvi olaraq müasir xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə edildi. Dövlət başçısı İlham Əliyevin keçirdiyi çoxsaylı görüşlər, müsahibələri, “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” və “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzularında plenar iclaslarda iştirakı və Azərbaycanın mövqeyini beynəlxalq auditoriyaya çatdırması diqqətlə izlənildi, həqiqətlərimiz əsaslı şəkildə şərh olundu. Azərbaycanın sülh tərəfdarı olduğu bir daha təsdiqləndi.

Prezident İlham Əliyevin  qatıldığı bu görüşə 800 nəfərdən çox iştirakçının rəsmi dəvət olunması,  40-dan çox dövlət və hökumət başçısı, habelə xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katiblərinin iştirakı Forumun beynəlxalq təhlükəsizliyin təmin olunmasında roluna  işıq salır: “Bu fikir beynəlxalq səviyyədə də etiraf edilir ki, Azərbaycan Münxen Təhlükəsizlik Konfransının ən fəal iştirakçılarından biridir. Hər zaman dünyaya sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışlarını edən Azərbaycan bunu atdığı addımları ilə təsdiqləyir. Hazırkı postmünaqişə dövründə günümüzün əsas çağırışlarından biri regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi, Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycan tarixi Zəfərimizdən dərhal sonra Ermənistana beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh təklifini etdi və bu bəyanatı da səsləndirdi ki, sülh təklifi uzun müddət masa üzərində qala bilməz.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki