image-qanunla-reklam
image-prezi-1678364338

Hazırda rəsmi İrəvan üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb

image-lady-day-az

Hazırda rəsmi İrəvan üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb.

Ermənistan tərəfinin sülh prosesinə maraqlı olmaması açıq aydın özünü göstərməkdədir. Üçtərəfli bəyanatda qeyd olunduğu kimi kommunikasiya və nəqliyyat yollarının açılması məsələlərinə Ermənistan tərəfinin hansısa qüvvələrin təsiri ilə maneə yaratması açıq aydın sülh prosesinə maneədir. Bundan başqa qondarma quruma hansısa hərbi yardıma cəhdlər, həmçinin Qarabağ regionununda Azərbaycan Respublikasına məxsus təbii sərvətlərin hansısa yolla ölkədən çıxarılması əməlləri Ermənistan tərəfinin növbəti provakasiya yönümlü əməlləridir. Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycan Respublikası ilə sülh prosesini həyata keçirmək onun üçün yaranmış tarixi şansdır. Regionda sülhün mövcudluğu çox vacibdir. İlk gündən Azərbaycanın rəsmi mövqeyi budur ki,bu məsələ Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Qarşı tərəfin məsələni dözülməz həddə çatdırmağı heç də ona uğur gətirə bilməz. Bizim də səbrimiz heç də tükənməz deyildir.

Müzəffər ali baş komandanın dediyi kimi: “Azərbaycan sülh istəyir. Biz digər bir müharibə istəmirik. Ötən ilin oktyabrında Azərbaycan və Ermənistan arasında razılaşdırılmış məsələlərdə biri-birinin ərazi bütövlüyü və suverenliyinə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur”.

Bizim üçün heç bir şey Azərbaycan Respublikasının ərazi bütövlüyündən yüksək ola bilməz. “Dəmir yumruq” hər zaman olduğu kimi yenə də öz yerindədir.

Yaşasın qüdrətli, müstəqil və qalib Azərbaycan Respublikası. Yaşasın müzəffər Ali Baş Komandan!

Rəşad İsmayılov – Zərdab rayonu Salahlı kənd ümumi orta məktəbinin direktoru

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki