image-qanunla-reklam
image-1710597697_aliyev_i_kobaxidze_3

Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır

image-lady-day-az

Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır.

Gürcüstan Azərbaycanın  müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Azərbaycanda Heydər Əliyevin, Gürcüstanda isə Eduard Şevardnadzenin hakimiyyətə gəlmələrindən sonra bu əlaqələr yeni bir mərhələyə qədəm qoyub. Belə ki, 1995-ci ildə Bakıda Gürcüstan səfirliyi, 1996-cı ilin martında isə Tbilisidə Azərbay¬can səfirliyi açılıb.

(2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu fəaliyyətə başlayıb). Prezident Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə, 1997-ci ildə Prezident Eduard Şevardnadzenin Bakıya səfəri çərçivəsində imzalanan sənədər iki qardaş ölkə arasındakı münasibətlərə yeni çalarlar əlavə edib. Yeri gəlmişkən qeyd edək ki, bir-birinin ərazi bütövlüklərini tanıyan iki qardaş ölkə müxtəlif beynəlxalq qurumların tədbirlərində bu istiqamətdə həmişə birgə addımlar atıblar.  Gürcüstan ölkəmizdə Heydər Əliyevin rəhbərliyi ilə hə¬yata keçirilən neft strategiyasına da biganə qalmayıb.

Yəni, 1994-cü il sentyabrın 20-də imzalanan Əsrin müqaviləsinə öz töhfəsini verib. Bu mənada ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edib. Bu məqamda bir məsələyə də toxunmaq istərdik. Bakı–Tbilisi –Ceyhan əsas ixrac neft kəmərinin Gürcüstandan keçməsini istəməyən qüvvələr də olub. Amma iki dövlətin dostluğu bu kimi maneələri dəf etməyi bacarıb.  Heydər Əliyevin uzaqgörən¬liyi, müdrikliyi, Şevardnadzenin qətiyyəti, cəsarəti sayə¬sində bu layihə uğurla reallaşıb. Azərbaycanla Gürcüstan arasında bu siyasət sonrakı dövrlərdə də uğurla həyata keçirilib.Bu gün Gürcüstanla Azərbaycanı Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir və ildən-ilə bu əməkdaşlıq genişlənməkdədir. Bu mənada demək olar ki, Gürcüstan və Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir. Hazırda bu iki ölkə əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir. Elə Prezident cənab İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə mətbuata verdiyi bəyanatı da bunun bir daha təsdiq edir. Belə ki, “Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır” deyən dövlətimizin başçısı bildirib ki, birgə həyata keçirdiyimiz infrastruktur layihələri – nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq: “Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq.Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir. Dediyim kimi, bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq”.Bu ayın əvvəlində Bakıda ənənəvi Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının keçirildiyini  və bu tədbirdə Gürcüstanın  yüksək səviyyədə təmsil olunduğunu  xatırladan Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir: “Ümumiyyətlə, Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb və bu, son deyil”.

 Toğrul Abulov-Zərdab Gənclər evinin metodisti

 

 

  Yeni layihələr üzərində işlər davamlı olaraq aparılır.

Gürcüstan Gürcüstanda yaşayan azər­bay­can­lı­ların da Vətəni olduğu kimi, Azərbaycan da Azərbaycanda yaşayan gürcülərin Vətənidir. Neçə əsrlərdi bu iki xalq mehriban qonşuluq şəraitində yaşayır. Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələr beynəlxalq əlaqələr səviyyəsində inkişaf et­dirilir. Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fə­a­liy­yətə başlaması böyük nailiyyətlərdən biri olacaqdır. Yaxın vaxtlarda bu dəmir yolunun ötürmə qa­bi­liy­yəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq, fəaliyyəti bir çox ölkələrin də diqqətini çə­kə­cəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev martın 16-da  Gürcüs­ta­nın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bə­yanatda bunlar haqqında da məlumatlar verdi, qeyd etdi ki, “Avropa qitəsində Azərbaycan qazına tələbat ildən-ilə artacaq. Bizim həm resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanla­rı­mız var, Gürcüstan kimi etibarlı dost­la­rımız var ki, tranzit imkanları genişdir. Belə olan halda bi­zim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir”.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuat konfransında həm də re­gionda siyasi vəziyyəti hərbi vəziyyətə gətirən səbəblərdən, bu vəziyyəti aradan qaldıran qətiy­yət­dən də söz açdı: “Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhəd­lə­rin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək”.Azərbaycn Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuat konfransında dediyi kimi, “Bizim şəxsi tanışlığımız dostluğa çevriləcək, çünki xalqlarımız dost xalqlardır. İki qardaş ölkə bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəkdir”. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəf­fə­qiyyətlə icra ediləcəyindən də danışılan mətbuat konfransında qeyd olunduğu kimi, ölkələrimiz arasında mütəmadi olaraq yüksək rəsmilərin səfərləri də həyata keçirilir və bu, ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının əyani təzahürüdür. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir.

 Cəlal Mecidli – Zərdab Gənclər evi SXM-in metodisti

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki