image-qanunla-reklam
image-1670532621-dem_qazi_234787667

Göyçayda 2 qadın dəm qazından zəhərləndi – Biri öldü

image-lady-day-az

Göyçay rayonunda ölümlə nəticələnən zəhərlənmə hadisəsi baş verib.

Qanunla.Az-ın məlumatına görə, hadisə bu gün Göyçay şəhərinin Sabir küçəsindəki 27 saylı ünvanda yerləşən mənzildə qeydə alınıb. Rayon sakini 1958-ci il təvəllüdlü Zeynalova Fatma Məhəmməd qızı qonşuda yaşayan ahıl yaşlı qadını, 1941-ci il təvəllüdlü Babayeva Fatma Seyfəddin qızını hamamda çimizdirərkən nasaz sobadan içəri daxil olan dəm qazından zəhərləniblər. Hər iki qadın təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq 81 yaşlı Fatma Babayeva dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki