image-qanunla-reklam
image-1666007678-nocomment_a6716fe22bc9a639bb25eb0e932e8905_xu7qk5feroh62mp41c9v

Füzuli rayonunun yeni inkişaf dövrü

image-lady-day-az

Füzuli rayonunun yeni inkişaf dövrü

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla icra olunması nəticəsində müharibənin ağır fəsad-larını aradan qaldıran Füzuli rayonu müasirləşmə, yeniləşmə dövrünü yaşayır
Prezident İlham Əliyev keçən il iki dəfə-aprelin 18-də və oktyabrın 4-də Füzuli rayonunda olmuş, əhali ilə görüşlər keçirmiş, açılış və təməlqoyma mərasimlərində iştirak etmişdir. Bu səfərlər zamanı rayonda bir sıra yeni obyektlərin açılışında iştirak edən dövlət başçısının tapşırıqlarına əsasən, Füzulidə işğal zamanı dağıdılmış 1500 ev bərpa edilib, Mollaməhərrəmli, Arayatılı, Babı kəndlərinə gedən yol əsaslı təmir olunub, Horadiz şəhəri şəhərsalma standartlarına uyğun yenidən bərpa olunub, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin tapşırığı ilə Horadiz şəhərində Olimpiya İdman Kompleksinin tikintisinə başlanıb.Bütün bunlar dövlət başçısı İlham Əliyevin füzulililərə diqqət və qayğısı kimi qiymətləndirilir.

Füzuli dünyanın ən qədim insan məskənlərindən biridir. Rayon 8 avqust 1930-cu ildə təşkil olunub və Qaryagin adlandırılıb. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişdirilərək Füzuli adlandırılıb. Hər bir xalq öz tarixinin qədimliyi ilə tanınır. Lakin işğalçı ermənilər Azərbaycana dair tarixi hər vasitə ilə saxtalaşdırmağa, yaddaşlardan silməyə çalışıblar. Zəbt edilmiş torpaqlarımızın hər daşının külə döndərilməsi, viran edilməsi erməni vandalizminin bir daha sübutudur.
Füzulidə müasir standartlara cavab verən tibb mərkəzi tikilir.
Müharibə dövründən ağır itkilərlə çıxan Füzulinin son bir neçə il ərzində görkəmi tamamilə dəyişib, yenilənib. Görülən məqsədyönlü tədbirlər nəticəsində müharibənin ağır fəsadları demək olar ki, tamamilə aradan qaldırılıb. Rayonun ən ucqar kəndlərində belə infrastrukturun yenilənməsi, yeni salınmış qəsəbələrin qaz, işıq, su ilə təmin olunması, qəsəbə və kəndlə-rə yüksək keyfiyyətli yeni yolların salınması əhali tərəfindən razılıqla qarşı-lanır. Yeri gəlmişkən, qeyd edək ki, bir müddət öncə dövlət başçısının Sə-rəncamı ilə Zobucuq adlanan ərazidə 2104 ailəlik 5 qəsəbə salınıb. Təmiz havası, saf suyu, yaşamaq üçün normal şəraiti olan həmin qəsəbələrdə məktəb, tibb məntəqəsi, klub, kitabxana, müxtəlif xidmət sahələri var. Əhali onlara göstərilən xidmətdən razıdır. Onlar bütün bunlara görə, Prezident İlham Əliyevin diqqət və qayğısını yüksək qiymətləndirirlər.
Horadiz şəhər xəstəxanası yenidən qurulub, mərkəzi xəstəxanada bərpa işləri aparılıb, ayrı-ayrı tibb müəssisələri yararlı hala salınıb, bəziləri isə yenidən bərpa olunub. Füzuli rayonunda təhsilin səviyyəsininyüksəldilməsi də həmişə diqqət mərkəzində olub. Rayon ərazisində fəaliyyət göstərən məktəblərin əksəriyyəti ya yenidən tikilib, ya da müasir tələblər səviyyəsində bərpa olunub. Bütün məktəblərdə dərsləri yüksək səviyyədə tədris etmək üçün şərait vardır. Müasir avadanlıqlar, kompüterlər alınıb məktəblərə verilib. Ötən il rayonda 7 yeni məktəb istifadəyə verilib. Hazırda Füzuli rayonunda müharibə dövründə tamamilə yararsız hala salınmış, işğalçı dövlətin ordusu tərəfindən dağıdılmış qaz kəmərləri yenidən bərpa olunub və bir qism kəndlərin əhalisi artıq qazla təmin olunub.

Artıq bu gün Füzuli rayonunun düşmən tapdağından xilas olmasından 2 il ötür. Allah bütün şəhidlərimizə rəhmət, ailələrinə səbr, qazilərimizə şəfa və bütün müharibə iştirakçılarına sağlam ömür əta etsin. Amin.

 

 

Səlimzadə Orxan

Saatlı rayon Mollavazlı kənd ümumi orta məktəbin Tarix müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki