image-qanunla-reklam
image-1670272841_default-5

Finlandiyanın müdafiə naziri Ankarada NATO-ya üzvlüyü müzakirə edəcək

image-lady-day-az

Finlandiyanın müdafiə naziri Antti Kaykkönen dekabrın 7-8-də Ankarada ölkənin Şimali Atlantika Alyansına daxil olması prosesini müzakirə edəcək.

“Qanunla.az” xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat verib.

Müdafiə naziri Antti Kaykkönen Türkiyənin müdafiə naziri Hulusi Akarın dəvəti ilə 7-8 dekabr 2022-ci il tarixlərində Ankaraya işgüzar səfər edəcək.

Nazirlikdən bildirilib ki, müdafiə nazirləri Finlandiyanın NATO-ya daxil olması prosesini, ümumi təhlükəsizlik vəziyyətini və ölkələr arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcəklər. Finlandiya Müdafiə Nazirliyi bildirib ki, müdafiə naziri Kaykkönen də Atatürkün məqbərəsinə əklil qoyacaq.

Mayın 18-də Finlandiya və İsveç Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı fonunda alyansa qoşulmaq üçün NATO-nun baş katibinə ərizə təqdim ediblər. Bu günə qədər İsveç və Finlandiyanın NATO-ya müraciətləri 30 ölkədən yalnız ikisi tərəfindən ratifikasiya olunmayıb – bunlar Macarıstan və Türkiyədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki