image-qanunla-reklam
image-1655703420_zelenskiy-reuters-1860171_2

“Əvvəlki nəsillərin edə bilmədiyini edəcəyik” – Zelenski

image-lady-day-az

Birliyi qorumaq, qələbə naminə birgə çalışmaq ən mühüm milli vəzifədir.

Qanunla.Az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski müharibənin 151-ci gününün sonunda axşam çıxışında deyib.

“Hazırda birliyi qorumaq və qələbə üçün bir çalışmaq hamımızın mütləq yerinə yetirəcəyimiz ən mühüm milli vəzifədir. Biz əvvəlki nəsillərin edə bilmədiklərini edəcəyik. Bu, bizim müstəqillik müharibəsində müdafiəmizə, dünyanın ən müasir dövlətlərindən birinə çevrilməyimizə aiddir”,-deyə Zelenski bildirib.

Prezident vurğulayıb ki, sabah vacib həftə başlayır. 28 iyul Ukrayna Dövlətçilik Günü qeyd olunur.

“Bu həftə tərəfdaşlarımızın mühüm səfərləri olacaq. Əsas məsələ Ukraynanın cəbhədə, diplomatiyada, iqtisadiyyatda da daha da irəliləməsi olacaq”,- deyə Zelenski bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki