image-qanunla-reklam
image-w_1616148404573411660473_1000x669

Erməni vandalizminə məruz qalmış rayonun maddi-mədəni abidələri

image-lady-day-az

Erməni vandalizminə məruz qalmış rayonun maddi-mədəni abidələri

Tarixə nəzər yetirsək müxtəlif dövrlərdə xalqımıza qarşı erməni vandalizminin şahidi olmuş olarıq. Azərbaycan xalqına qarşı törədilmiş erməni vandalizminin qurbanları vətəndaşlarımızla yanaşı həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlərdir. O abidlələr ki, xalqımızın milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini və adət-ənənələrini özündə təcəssüm etdirərək, onun ruhani yaddaşını hifz edir. İnsanlarımızın öz doğma yurd yuvalarından didərgin salınması ilə yanaşı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam etmiş işğalı zamanı xalqımıza məxsus yüzlərlə daşınmaz tarix, mədəniyyət və dini abidələr dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə edilərək vandalizmə məruz qalıb.Bu abidələr sırasında Cəbrayıl rayonunun Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrini göstərmək olar. Erməni vandallarının Cəbrayıl rayonunda törətdiyi vəhşiliklər bizləri nəqədər kədərləndirsə də, nikbinliyə əsas var. İki il öncə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Cəbrayılı azad etməsi və qısa zaman kəsiyində bu torpaqlarda aparılan abadlıq, bərpa işləri nəticəsində rayonun yenidən qurulması vətəndaşlarımızınböyük sevincinə səbəb olmuşdur.

 

Cənab Prezidentin tapşırığına əsasən işğaldan azad olunmuş rayonlarımızın xüsusi baş plana əsasən yenidən qurulması tezliklə bölgənin uğurlu inkişafına təkan verməklə, Qarabağı cənnət məkana çevirəcək.

 

Ələkbər KərimovZərdab rayon Gənclər və İdman idarəsinin rəisi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki