image-qanunla-reklam
image-photo_66917

Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir

image-lady-day-az

Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair imzalanan anlaşma memorandumu tərəflərin strateji əməkdaşlığının daha gücləndirilməsinə xidmət edəcəkdir. Avropa İttifaqı Azərbaycandan aldığı qazın həcmini 2 dəfə artırmaq niyyətindədir. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolunun daha da artması deməkdir. Dünyada baş verən silahlı münaqişələr fonunda Azərbaycanın geostrateji mövqeyi daha güclənir. Bu, ölkəmizin mavi qaz ixracatını artırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunu daha da artıracaq. Azərbaycan Avropa İttifaqı üçün yeganə yeni və mühüm alternativ enerji mənbəyinə çevrilir. Artıq “Köhnə Qitə”də Azərbaycan qazını almaq istəyən dövlətlərin sayında kəskin artımlar var. Bu ay istifadəyə verilən Yunanıstan-Bolqarıstan Daxili Şəbəkə ilə ən azı digər 4 Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevrilə bilər. Memorandum tərəflər arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutsa da, bütövlükdə Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əlaqələrin dərinləşməsi müşahidə olunur. Yeni düzən fonunda bu Azərbaycanın geosiyasi mövqeyinin daha da gücləndirilməsinə xidmət edəcəkdir.

Bu ilin ilk yarısında Azərbaycan Avropaya qaz ixracatını əvvəlki ilin uyğun dövrü ilə müqayisədə artıb. Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsi ötən il 15 milyard dollaradək yüksəlib. Bütövlükdə ixracatımızın təxminən 48 faizə yaxını İtaliyaya yönəlib. Bu isə Avropa İttifaqının Azərbaycan üçün əsas ticarət və iqtisadi tərəfdaş olduğunu göstərir. Eyni zamanda, Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin üçdə ikisi Azərbaycanın payına düşür. Bu baxımdan, Azərbaycan da Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır.

Ruslan Nemətov- “Zərdab RMX” Publik hüquqi şəxsin  direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki