image-qanunla-reklam
image-ilham-erdogan-yeni

Əliyev və Ərdoğan Türkmənistana nə vaxt səfər edəcək?

image-lady-day-az

Dekabrın 13-14-də Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turizm zonasında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun iştirakı ilə üçtərəfli sammit keçiriləcək.

Qanunla.Az xəbər verir ki, sammitin keçirilməsi ilə bağlı qərarı Türkmənistan Prezidenti imzalayıb.

Sənədə əsasən, Prezident Administrasiyasına ölkənin Xarici İşlər Nazirliyi ilə birlikdə yüksək səviyyədə üçtərəfli zirvə görüşünün keçirilməsi tapşırılıb.

Məlumata görə, görüş zamanı bir sıra sazişlərin imzalanması nəzərdə tutulur. Həmçinin üçtərəfli görüş ərəfəsində Türkmənistanda energetika, nəqliyyat və xarici işlər nazirlərinin toplantısı baş tutacaq.

Qeyd edək ki, noyabrın 28-də Ankarada Türkiyə və Türkmənistanın xarici işlər nazirliklərinin yüksək səviyyəli nümayəndələri arasında siyasi məsləhətləşmələr keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki