image-qanunla-reklam
image-1726689751_photo_216509

Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir

image-lady-day-az

Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanat Azərbaycanın 44 günlük müharibədəki qələbəsinin, Ermənistanın isə məğlubiyyətinin siyasi-hüquqi təsdiqi oldu. Həmin dövrdən 2023-cü ilin 19 sentyabr tarixinə qədər həmin ərazidə baş verənlər isə Azərbaycanın səbr kasasını daşdıran hadisələr oldu. Sentyabrın 19-da başlayan antiterror tədbirləri cəmi 23 saat 43 dəqiqə çəkdi. Elə əməliyyatın ilk dəqiqələrindən gedişat Azərbaycan Ordusunun ən yüksək və modern döyüş imkanlarına malik olduğunu göstərdi. Cəmi bir neçə saat ərzində düşmənin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri sıradan çıxarıldı. Hər günü bir şanlı tarix olan 44 günlük Vətən müharibəsində olduğu kimi ildırımsürətli antiterror tədbirlərində də ordumuz yenidən möhtəşəm zəfər tarixi yazdı. Əməliyyat zamanı düşmənin min nəfərdən çox canlı qüvvəsi, yüzlərlə hərbi texnikası məhv edildi və bir o qədər də qənimət götürüldü. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də günorta lokal xarakterli antiterror tədbirləri dayandırıldı və separatçılar ağ bayraq qaldırdılar. Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev canından da çox sevdiyi xalqı üçün həlli mümkünsüz görünən vəzifəni reallaşdırdı. Ən önəmlisi isə  2023-cü ilin sentyabrın 20-də qazandığımız hərbi qələbə ilə ölkəmizin suverenlini tam bərpa etdik. Bu Azərbaycan xalqının həyatında ən müqəddəs gündür. Məhz elə buna görə də Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə  hər ilin sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir. Prezidentin digər Sərəncamı ilə 20 sentyabr  həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhər Günü kimi qeyd ediləcək.
Şanlı Qələbəmizdən ötən müddət ərzində ölkə başçısının rəhbərliyi altında işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri aparılır. Tam yeni struktur yaradılır, sənaye və digər təyinatlı müəssisələr yaradılır, təhsil, səhiyyə və digər obyektlər açılır. 2023-cü il noyabrın 28-də Prezident cənab İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb. Dövlətimizin başçısının birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində Universitetdə müasir tədris infrastrukturu yaradılıb. Ali təhsil ocağının bütün ərazisində genişmiqyaslı abadlıq işləri həyata keçirilib. Əsas tədris binasının qarşısındakı park sökülüb, onun yerində 2,3 hektar ərazidə müasir tələblərə uyğun yeni park salınıb.Sentyabr ayının 20-də ölkəmiz və xalqımız üçün çox əlamətdar olan gündə Prezident cənab İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Universitetlə yaxından tanışlıqdan sonra keçirilən görüşdə ölkə başçısı xüsusi olaraq qeyd edib: “Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr – Dövlət Suverenliyi Günü idi”.Ölkə Prezidenti cənab İlham Əliyev Qarabağ Universitetinin açılışının məhz 20 sentyabr tarixində olması  bir daha sübut etdi ki, artıq şanlı tariximizdir.

Zərdab Gənclər evi SXM-in psixoloqu – Cəvahir Murtuzayeva.

 

 

Mənəvi-psixoloji üstünlük bizim ümumi üstünlüyümüzü göstərir

Bu ilin 20 sentyabr tarixində Cənab Prezidentin Xankəndi şəhərinə növbəti səfərini etmişdir.  Prezident cənab İlham Əliyev səfəri çərçivəsində doğma Xankəndidə yeni yaradılan, böyük Zəfərimizin ən gözəl simvolarından biri olan Qarabağ Universitetini ziyarət etmiş və buranın, müəllimləri, yüksək nəticə göstərmiş tələbələri ilə görüş keçirmişdir. Cənab Prezident burada çıxış edərək Şanlı  Zəfərə bizi gətirən tarixdən hərtərəfli şəkildə bəhs etmişdir. Cənab Prezident çıxışına  Qarabağda 44 günlük uğurlu əməliyyatımız nəticəsində əldə etdiyimiz  möhtəşəm Qələbəmizin və suverenliyimizin tam bərpasının bizə yaşatdığı böyük qürur hissindən bəhs edərək başlamışdır. Bu qələbə nəticəsində ədalət və beynəlxalq hüquq zəfər çalmış, Azərbaycan öz gücünü bütün dünyaya bir daha göstərmişdir. Ali Baş Komandanımız cənab İlham Əliyev çıxışında şanlı Ordumuzun qələbəsindən danışmış, Vətəni uğrunda canından keçən şəhidlərimizi xüsusilə anmışdır. Vətən müharibəsində və antiterror əməliyyatında 90 mindən artıq azərbaycanlı gənc iştirak etmiş, onlardan 3200-dən çoxu torpaqlarımızın azad olunması uğrunda qəhramancasına canlarından keçərək Azərbaycanın şanlı tarixində əbədi iz buraxmışdılar. 44 günlük müharibə zamanı Ordumuz hər gün yeni uğurlar əldə etmiş,bir nəfər belə olsun döyüş meydanını tərk etməmiş, işğal olunmuş ərazilərin geri qaytarılmasında mühüm nailiyyətlərə imza atmışdırlar. Müharibələrdə psixoloji üstünlük də hərbi güc qədər əhəmiyyətlidir. Azərbaycan Ordusu yalnız gücü ilə deyil, həm də psixoloji hazırlığı və döyüş iradəsi ilə düşmən üzərində qələbə qazanmışdır. Cənab Prezidentimizin də vurğuladığı kimi, Ordumuz çətin çoğrafi şəraitdə, düşmənin bütün müdafiə xətlərini yararaq irəliləmiş, Şuşa kimi alınmaz qalanı yüngül silahlarla azad etmiş, müasir tarixdə misli görülməmiş bir rəşadətlə, peşəkarlıqla zəfər qazanmışdır. Tarixi Zəfərimiz nəticəsində illərdir Vətən həsrəti çəkən  məcburi köçkünlər öz doğma yurdlarına geri qayıtmağa başlamışdır. Onların uzun illərdən sonra evlərinə dönməsi, Azərbaycanın azad olunmuş torpaqlarına qayıdışı böyük tarixi məna kəsb edir.Azərbaycan xalqı 44 günlük müharibədə vətənpərvərlik ruhunun nələrə qadir olduğunu bir daha göstərdi, gənc nəslin milli ruhda tərbiyə olunmasının  ölkənin suverenliyinin təminatı olduğunu sübut etdi. Prezident İlham Əliyev çıxışında, bütün çətinliklərə , təzyiqlərə, baxmayaraq, bu ağır dövrdə inamını itirmədən  düşmən üzərində qələbə qazanmış Azərbaycan Respublikasının əzminin, cəsarətinin, hazırda bütün dünyada işğaldan, müstəmləkəçilikdən  əziyyət çəkən xalqlara öz mübarizə yollarında nümunə olduğunu söyləmişdir.  44 günlük müharibə zamanı Azərbaycan xalqı birlik və həmrəyliyin nə qədər vacib olduğunu bir daha sübut etdi. Dövlət başçımız vurğulamışdır ki, gənc nəslin vətənpərvər ruhda formalaşmasında , tərbiyəsində əsas rolu ailə və müəllim oynayır. Elə Azərbaycan ailələrində, təhsil ocaqlarında gənclərdə vətənpərvər ruhun formalaşmasının nəticəsidir ki, heç vaxt Qarabağı görməyən gənclərimiz doğma torpaqlarımızı azad etmək uğrunda bir an belə düşünmədən canlarından keçdilər, yaralandılar. Biz bu cür cəsur vətən övladlarına sahib olmağın fəxrini yaşayır, onlarla hər zaman qürur duyuruq.

Zərdab Gənclər evi SXM-in metodisti -Toğrul Abulov.

 

 

İki tərbiyə mənbəyi var – ailə və müəllim.

İkinci Qarabağ Müharibəsinin 44-cü günündə Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının «Dəmir Yumruq» siyasətinə əməl edən əsgər və zabitlərimizin yüksək vətənpərvərliyi, igidliyi və yenilməzliyi, Prezident-xalq-ordu birliyi sayəsində ədalət bərpa olundu, işğala son qoyuldu, Ermənistan və onun «yenilməz ordusu» döyüş meydanında darmadağın edildi, diz çökdü. Budur, Ali Baş Komandan siyasəti! Budur, Müzəffər Ordunun məğrurluğu! Budur, rəşadətli əsgər və zabitlər, Prezident-Xalq-Ordu birliyi! Çünki 30 il həsrətində olan torpaqlarımız geri qayıtmalı idi, QAYITDI da! Müharibənin başlandığı ilk gündən Ali Baş Komandanımız, Prezident İlham Əliyev sülh danışıqlarının zəruriliyinə nə qədər çağırışlar etsə də, döyüşün dayandırılması üçün təzyiqlər göstərilməsinə baxmayaraq, dövlətimizin başçısı öz prinsipiallığını, əzmini bir daha nümayiş etdirdi. Azərbaycan Prezident İlham Əliyev istər xalqa müraciətlərində, istərsə də 44 gündə xarici mətbuata 30-a yaxın müsahibəsində səsləndirdiyi bəyanatlar da bir daha sübut etdi ki, Azərbaycanın milli maraqları hər şeydən öndə dayanır. Dövlətin maraqlarından, xalqın iradəsindən kənar bir addım belə atıla bilməz. Ancaq işğalçı Ermənistan İkici Vətən Müharibəsinin ilk günündən öz terrorçu niyyətini, işğalçı siyasətini nümayiş etdirdi, ancaq faşist xislətli düşmən etdiyi cinayətlərə görə bədəli böyük oldu. 30 il ərzində əzəli-əbədi torpaqlarımızı işğal altında saxlayan təcavüzkar Ermənistan hakimiyyətinin nəhayət ki, qanunsuz əməllərinə beynəlxalq hüquq çərçivəsində son qoyuldu. Sentyabr ayının 20-də ölkəmiz və xalqımız üçün çox əlamətdar olan gündə Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Universitetlə yaxından tanışlıqdan sonra keçirilən görüşdə ölkə başçısı xüsusi olaraq qeyd edib: “Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr – Dövlət Suverenliyi Günü idi”. Ölkə Prezidenti  cənab İlham Əliyev Qarabağ Universitetinin açılışının məhz 20 sentyabr tarixində olması  bir daha sübut etdi ki, artıq şanlı tariximizdir.  Həmçinin, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir. Ən önəmlisi gənclər, yəni tələbələr buraya böyük həvəslə gəlməyə başladılar. Ölkəmizin hər bir bölgəsindən ümumilikdə 1200 tələbə var. 600-dən çox bal toplayan tələbələr  görüşdə iştirak edirlər və buraya böyük həvəslə gəlmişlər. Dövlət başçımız vurğulamışdır ki, gənc nəslin vətənpərvər ruhda formalaşmasında, tərbiyəsində əsas rolu ailə və müəllim oynayır. Elə Azərbaycan ailələrində, təhsil ocaqlarında gənclərdə vətənpərvər ruhun formalaşmasının nəticəsidir ki, heç vaxt Qarabağı görməyən gənclərimiz doğma torpaqlarımızı azad etmək uğrunda bir an belə düşünmədən canlarından keçdilər, yaralandılar. Biz bu cür cəsur vətən övladlarına sahib olmağın fəxrini yaşayır, onlarla hər zaman qürur duyuruq. Dövlətimizin başçısı gənclərin qarşısında bu vəzifəni qoydu ki, “yaxşı oxuyun ki, hər zaman Azərbaycan Zəfər çalsın, hər zaman – əgər lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun!” .

Zərdab Gənclər evi SXM-in əməkdaşı- Cəlal Mecidli.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki