image-qanunla-reklam
image-1658827746-raket-1

“Düşmənin atəş açdığı mövqelər darmadağın edilməlidir” – AÇIQLAMA

image-lady-day-az

“Bir gündə erməni silahlı birləşmələri tərəfindən 9 dəfə təxribat xarakterli silahlı insidentin törədilməsi Ermənistan tərəfinin və onları dəstəkləyən sülhməramlı kontingentin komandanlığının birgə bəyanatın şərtlərinə əməl etmək niyyətində olmadıqlarını nüamyiş etdirir”.

Bunu Qanunla.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, bu cür addım Azərbaycan tərəfini daha təsirli və adekvat addımlar atmağa vadar edir:

“Görünən odur ki, Azərbaycan tərəfi düşməni anladıqları dildə başa salmalı olacaq. Azərbaycan Ordusunun bu dəfə istənilən cavabı həm separatçı quruma, həm də Ermənistanın mövcud hakimiyyətinə çox ağrılı nəticələr vəd edir. Rusiyanın Qarabağda müvəqqəti yerləşdirdiyi sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun fəaliyyətləri isə tamamilə qeyri-qənatbəxşdir və bu fəaliyyətlər Krmelin Qrabağdakı sülhmərmalı niyyətini böyük şübhə altına alır. Azərbaycana qarşı ərazi iddiası və Ordumuzun şəxsi heyətinin həyati təhülkəsizliyinə təhdid kimi dəyərləndirilən düşmənin atəşkəs pozuntularının qarşısını almaq üçün atəş açılan hər bir düşmən mövqeyi darmadağın edilməlidir. Həmin mövqelərdə Azərbaycan Ordusunun şəxsi heyəti və üçrəngli bayrağımız əbədi olaraq yerləşdirilməlidir. Bu çətin və şərəfli vəzifəni yerinə yetirəcək qəhrəman Ordumuzun daim yanındayıq”.

Qeyd edək ki, ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədilib. Bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.

Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb. Bütün hallarda Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki