image-qanunla-reklam
image-_fkh2988_89_90_tonemapped

Demokratik təcrübə

image-lady-day-az

Demokratik təcrübə

2020-ci il fevral ayının 9-da Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçirildi. Seçkilərin əsas məqsədi ölkədə aparılan islahatları dərinləşdirmək, yeni tərkibdə Milli Məclisin işini təşkil etmək idi. Müxalifət partiyalarının nümayəndələri Milli Məclisin yeni tərkibinin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunmuşdur. Bu fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malik olduğuna sübutdur. Ölkəmizdə aparılan siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bununla əlaqədar Prezident Administrasiyasının nümayəndələri bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir və genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılması vacibliyini göstərirlər. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi islahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi və yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Bununla əlaqədar Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılır. Əsas işi qanunvericilik olan parlamentin qarşısında qanunvericilik sahəsində yeni və böyük vəzifələr durur. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməli, Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır.

Bütün bu vəzifələr Prezident İlham Əliyev tərəfindən 2020-ci il mart aynin 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışında parlamentə seçilən deputatlar qarşısında qoyulub və bu vəzifələrin həyata keçirilməsi ilə bağlı geniş işlər həyata keçirilir və  islahatların geçişlənməsi isə ölkəmizin inkişafı və beynəlxalq nüfuzunun artmasına xidmət edir.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki