image-qanunla-reklam
image-1649874629_6440878_1649874558_64667681649778146_f5b2989_yv2fezd-1

Dayanıqlı inkişafı təmin etmiş dövlət siyasəti

image-lady-day-az

15 oktyabr 2003-cü ildə azad, ədalətli və şəffaf şəkildə keçirilmiş prezident seçkilərində cənab  İlham Əliyev ümumi seçicilərin 2 milyon 438 min 787 nəfərin səsini qazanaraq, yəni 76.84% faizdən çox səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Prezident seçildiyi ilk ildən başlayaraq artıq ölkədə dayanıqlı inkişafı təmin etmək üçün cənab İlham Əliyevin uğurlu fəaliyyətləri seçkilərdə qalib gəlməsini şərtləndirən ən əsas amillər olmuşdur. Məhz bu uğurlu siyasətin davamlı həyata keçirilməsinin nəticəsidir ki, 2020-ci ildə ölkə tarixində dönüş yarandı : 44 günlük Vətən müharibəsi nəticəsində Prezidentimiz cənab İlham Əliyev də başda olmaqla, qəhrəman hərbçilərimizin şücaəti sayəsində 30 illik işğal altında qalan Qarabağ torpağı işğal tapdağından azad edildi.

Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezidentimiz cənab İlham Əliyevin daha bir keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. O, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu.

Müharibə dövründə dövlətimizin başçısı cənab İlham Əliyev xarici KİV-ə 30-dan çox müsahibə verdi ki, bu da münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Əlbəttə, Vətən müharibəsində qazanılmış Qələbə həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə, güclü və qüdrətli dövlət yaratmaq lazım gəlirdi və Prezidentimiz cənab  İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Ötən on səkkiz ilə nəzər salsaq görərik ki, dövlətimizin başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. İqtisadi və sosial sahədə qazanılmış bir neçə göstəricini diqqətə çatdırmaq kifayətdir.

Prezidentcənab  İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı görülməmiş dərəcədə artdı. 19 il ərzində ölkə iqtisadiyyatında baş verən dirçəlmə, sosial sahədə inkişaf, xarici və daxili siyasətdəki uğurlu addımlar məhz bu etimadı bir daha doğrultdu. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab  İlham Əliyev yenidən inamlı qələbə qazandı.

2003-cü ilin 12 dekabrında Azərbaycan xalqı Heydər Əliyevi itirsə də, Heydər Əliyev yolu, ideyaları, onun təməlini qoyduğu dövlətçilik xətti və inkişaf strategiyası cənab Prezidentimiz tərəfindən davam etdirilir. Ümid edir və hər zaman inanırıq ki, Azərbaycan dövləti və xalqı bu yolun davamında ötən hər ili yeni uğurlarla başa vuracaq.

Zərdab rayon Əlibəyli  kənd tam orta məktəbin direktoru -Kəmalə Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki