image-qanunla-reklam
image-1623829842_201221548_209155207727161_2459617003608230811_n

Daha dörd qazimiz sağalaraq Vətənə geri döndü – FOTO

image-lady-day-az
Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən dörd qazimiz sağalaraq Vətənə geri dönüb.
Bu barədə Fond məlumat yayıb.
Belə ki, Məmmədzadə Arif Mahir oğlunun, İbrahimov Kamran Ceyhun oğlunun, Bayramov Rahul Mərdan oğlunun və İslamov Vüsal İslam oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.
Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 61 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: //yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki