image-qanunla-reklam
image-1aa8fcd8-d670-4b1d-91a0-6c9f5dfb13f2

“CinemaPlus” Qarabağ Dirçəliş Fondu tərəfindən “Platinum” İanə sertifikatı ilə təltif olunub – FOTO

image-lady-day-az

 

“CinemaPlus” kinoteatrlar şəbəkəsi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, regionun dayanıqlı iqtisadi inkişafı və rifahına, eyni zamanda ekoloji tarazlığının bərpa olunması istiqamətində aparılan işlərə dəstək verdiyi üçün Qarabağ Dirçəliş Fondu tərəfindən “Platinum” İanə sertifikatı ilə təltif olunub.

“Platinum” İanə Sertifikatı Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev tərəfindən “CinemaPlus”un Müşahidə Şurasının sədri Zaur Darabzadəyə təqdim edilib.

“CinemaPlus” Qarabağ Dirçəliş Fonduna 10 milyon manat məbləğində vəsait köçürüb.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi müxtəlif sosial layihələri reallaşdırmağa davam edəcək.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki