image-qanunla-reklam
image-az-albanjpg-1668638372

Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar

image-lady-day-az

Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar

Dünyanın siyasi arenasında yerini və çəkisini möhkəmləndirən Azərbaycan beynəlxalq münasibətlərini inkişaf etdirməkdədir. Tam müstəqil xarici siyasət həyata keçirən Prezident cənab İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycan əksər dövlətlərin Cənubi Qafqaz regionundakı ən etibarlı tərəfdaşına çevrilib. Azərbaycanın bir çox dövlətlərlə strateji tərəfdaşlq, səmimi dostluq-qardaşlıq münasibətləri də mövcuddur.

Azərbaycan həmçinin Mərkəzi və Şərqi Avropa ölkələri ilə fəal əməkdaşlıq edir. Onlardan biri də Albaniyadır. Bu ölkə ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir.

Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək qarşılıqlı olub. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstək çox yüksək qiymətləndirilib.

Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir.

Azərbaycanın Avropaya təbii qazın ixracatçısına çevrilmək təşəbbüsünü Albaniya hər zaman dəstəkləyib. Bunun bariz ifadəsi olaraq, Albaniyanın yüksək səviyyəli nümayəndə qrupu Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında daim iştirak edib və layihənin icrasına böyük töhfə verib.

Dövlətimizin başçısı çıxışlarının birində Cənub Qaz Dəhlizi Məşvərət Şurasının fəaliyyətini yüksək qiymətləndirərək, Albaniyanın da bu önəmli layihədə fəallığına diqqət yetirib.

Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu nəhəng enerji infrastrukturu layihəsi olan Cənub Qaz Dəhlizi hazırda dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişdirir. Bu baxımdan, adıçəkilən dəhliz dünya neft-qaz sənayesində ən mühüm və iddialı layihələrdən biridir.
TAP Albaniya ilə Azərbaycanı birləşdirən yeganə layihə deyil. Ölkəmizin şirkətləri tərəfindən indiyədək Albaniyada enerji, infrastruktur və turizm sahələrinə sərmayə qoyulub. Bu da iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olmasından xəbər verir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki