image-qanunla-reklam
image-07a28c4f-8f35-4883-9c5a-c8e94e6e2a6a

Cari ilin ilk 2 ayı ərzində azalan müraciətlərin, artan işlərin statistikası “Açıq qapı”da

image-lady-day-az

“Cari ilin yanvar ayı ərzində Birliyin Şikayətlərin araşdırılması şöbəsinə ümumilikdə 1971 müraciət daxil olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 82 müraciət azlıq təşkil edir. Həmçinin yanvar ayı ərzində Birliyin Qəza Çağrı Xidməti şöbəsinə 123 349 müraciət daxil olub. Ötən ilin analoji dövrü ilə müqayisədə müraciətlərin sayında 7000-ə yaxın azalma qeydə alınıb”.

Qanunla.Az xəbər verir ki, bu və digər statistik məlumatları media nümayəndələrinin diqqətinə çatdıran SOCAR-ın “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi ölkə üzrə qeydə alınan abonentlərin sayını da açıqlayıb. Bu rəqəmin 2 599 043 olduğunu söyləyən Eldəniz Vəliyev təkcə cari ilin yanvar ayı ərzində respublika üzrə 6761 yeni abonentin qeydiyyata alındığını bildirib. 2 528 804 abonent 12 qəpik (ümumi abonentləin 98,9 %), 25 093 abonent 20 qəpik(ümumi abonentləin 1,0 %) və 1782 abonent isə 25 qəpik tarifi ilə (ümumi abonentləin 0,1 %) təbii qazdan istifadə edib.
Şöbə rəisi ötən ay ərzində respublika ərazisində fəaliyyət göstərən 417 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limitin (illik 5000m3) ayrıldığını da vurğulayıb. Eldəniz Vəliyev statistik məlumatları işğaldan azad olunmuş ərazilərdə görülən işlərlə bağlı açıqlama ilə yekunlaşdırıb. Qurum rəsmisi həmin ərazilərdə ümumilikdə 11 256 metr daşıyıcı qaz xətlərinin çəkildiyini bildirib.
“Açıq qapı” aksiyası daha sonra ənənəvi olaraq media nümayəndələrini maraqlandıran sualların cavablandırılması ilə davam edib.

image-07a28c4f-8f35-4883-9c5a-c8e94e6e2a6aimage-09aa979c-4afc-4ebb-8639-f95e487cdaacimage-50e6d816-c91a-4e33-a8ee-bacc671beabcimage-76b1198b-6825-4885-83a7-3fdf44b1d432


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki