image-qanunla-reklam
image-ilham-eliyev

Bütün görülən işlər dövlətin həyata keçirdiyi siyasətin təqdimatıdır

image-lady-day-az

Bütün görülən işlər dövlətin həyata keçirdiyi siyasətin təqdimatıdır

Dövlət başçısı İlham Əliyevin bölgələrə hər səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır: “Cənab İlham Əliyevin həmin səfərlərindən sonra rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı təsdiqlənir, Prezidentin Ehtiyat Fondundan böyük məbləğdə vəsaitlər ayrılır. Əhalinin məşguluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi əsas hədəflərdəndir. Hər zaman vətəndaşının yanında olan Prezident İlham Əliyev vətəndaş məmnunluğunun artırılmasını hər bir məmurun qarşısında əsas tələb kimi qoyur. Dövlət başçısı sözügedən görüşdə yeni təyin olunmuş İcra Hakimiyyəti başçılarına bir daha bildirdi ki, siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalı, kənd camaatının qayğıları ilə yaşamalı, onları narahat edən problemləri onların dilindən eşitməli və imkan daxilində bu problemləri həll etməlisiniz.  Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət edilməlidir ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq”.

Bütün görülən işlər dövlətin həyata keçirdiyi siyasətin təqdimatıdır. “Güclü dövlət, yüksək rifah” prinsipi daim həyata keçirilən siyasətin əsasında dayanır. Ölkə Prezidenti məmurlara növbəti xəbərdarlığını etdi: “İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın”.

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki