image-qanunla-reklam
image-1588176685-pul

Bu şəxslərin təqaüdləri ARTIRILDI

image-lady-day-az

İşləyən pensiyaçıların təqaüdləri artırılıb.

Bu barədə “Qanunla.az”a ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, 2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin edildikdən sonra azı 6 il işləmiş və işləməkdə davam edən 1307 şəxsin pensiyasını yenidən hesablayaraq artırıb: “Əmək pensiyaları haqqında” Qanuna əsasən, şəxs ona yaşa görə pensiya təyin olunduğu gündən sonra işləməkdə davam edərsə, hər 6 ildən (72 aydan) bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə bölünərək pensiyasına əlavə olunur. Bu da işləyən pensiyaçıların mənafelərinin daha dolğun təminatına, yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edənlərin sosial sığorta sistemində iştiraka marağının stimullaşdırılmasına xidmət edir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki