image-qanunla-reklam
image-1683264812_630_360_1649964207-457

“Bu ölkə Putini həbs etməklə düzgün iş görəcək” – Kərim Xan

image-lady-day-az

Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Cənubi Afrika Respublikasına səfər edəcəyi təqdirdə onun həbs olunacağına əminliyini ifadə edib.

“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, Xan bunu Kanada İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin iclasında iştirak edərkən deyib.

“Onlar (Cənubi afrikalılar – red.) öz öhdəliklərini çox yaxşı bilirlər, ona görə də əminəm ki, onlar doğru şeyi edəcəklər”, – Xan Putinin Cənubi Afrikada BCM-nin orderi əsasında həbs edilib-edilməyəcəyi sualına cavab verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki