image-qanunla-reklam
image-1663917511_rian_6568831-hr-pic_32ratio_900x600-900x600-57006

“Bu deputatlar müharibəyə getmək istəyir” – Turçak

image-lady-day-az

4 Dövlət Dumasının deputatı xüsusi hərbi əməliyyat zonasına göndərilməsini istəyib.

Qanunla.az “RİA Novosti”yə istinadən xəbər verir ki,  bu  barədə “Vahid Rusiya”nın Baş Şurasının katibi Andrey Turçak məlumat verib.

Bildirilir ki, parlamentarilərin bəyanatlarına Rusiya Müdafiə Nazirliyində baxılacaq. Söhbət Dövlət Dumasının Sağlamlığın Mühafizəsi Komitəsinin rəhbəri Dmitri Xubezov, Müdafiə Komitəsinin sədr müavini Dmitri Sablin, Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədr müavini Vitali Milonov və İqtisadi Siyasət Komitəsinin sədr müavini Sergeydən gedir.

Turçak aydınlaşdırıb ki, Sablin və Milonov müharibədən əvvəl də Donbassda olublar.

Qeyd edək ki, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.

Bundan əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirmişdi ki, parlament deputatları da Ukraynada hərbi xüsusi əməliyyatda iştirak edəcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki