image-qanunla-reklam
image-1677226988_1671708504_kamran_bayramov_240520

“Bu cür vəziyyətlə bələdiyyələrə seçilməyə və seçməyə kim gedəcək?” – Deputat

image-lady-day-az

“Bu gün gənclər arasında arzu etdikləri iş yerləri ilə bağlı sorğu keçirsək, aldığımız cavablar arasında əsasən xəstəxana, məktəb, polis, dövlət qulluğu və özəl sektor olacaq. Ancaq heç kim bələdiyyədə işləmək istəyirəm deməyəcək. Bax, cəmiyyətdə bələdiyyələrə qoyulan hörmət və nüfuz budur”. 

“Qanunla.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deputat Kamran Bayramov deyib. Deputat xatırladıb ki, növbəti bələdiyyə seçkilərinə cəmi iki il qalıb:

“Bu cür vəziyyətlə bələdiyyələrə seçilməyə və seçməyə kim gedəcək?! Ona görə də nə qədər vaxt var, bələdiyyə sistemində köklü və əsaslı islahatalar aparmaq labüddür. Bələdiyyələrin sayı birləşmə yolu ilə azaldılmalıdır”.

Spiker Sahibə Qafarova deputata bu fikirlərinin komitə iclasında səsləndirməsilə bağlı sual verib: “Çünki sizin çıxışınızda tənqidi məqamlar var. Bununla bağlı ədliyyə nazirinin müavini Vilayət müəllimə sual vermişdiniz?”.

K.Bayramov qeyd edib ki, məruzə ilə bağlı təkliflər irəli sürüb.

“Komitə iclasında bu məsələləri qaldırsaydınız, daha faydalı olardı” – Sahibə Qafarova bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki