image-qanunla-reklam
image-_1653680791

“Böyük Qayıdış” layihəsi

image-lady-day-az

Azərbaycan artıq yeni quruculuq mərhələsinə qədəm qoyub. Ən önəmlisi isə, işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin görülməsidir ki, bu da sistemli şəkildə  həyata keçirilir.

İşğaldan azad olunmuş ərazilərimizdə məskunlaşma 4 mərhələdə aparılır. Birinci mərhələdə minalardan təmizlənmə, dəymiş ziyanın qiymətləndirilməsi,  ikinci mərhələ infrastrukturun formalaşdırılması, həmçinin kommunal xidmətlərə əlçatanlığın təmin edilməsi üçün xüsusi şəbəkənin yaradımasıdır. Üçüncü mərhələ sosial və və inzibati  binaların inşa edilməsi və dördüncü mərhələ vətəndaşlarımızın dədə-baba yurdlarına qayıtması və məskunlaşmasıdır. Mənfur ermənilər 30 il ərzində işğalda saxladıqları ərziləri xarabalığa çevirmək­lə, infrastrukturunu məhv etməklə yanaşı, şəhər, kənd və qəs­əbələrə aparan yolla­rı, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları, əkin sahələrini qarı­ş-qarış minalayıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlə­nməsi olub. Qarabağa Böyük qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilən əra­zilərdə genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərin­in aparılmasından ke­çir. İşğaldan azad olunan ərazilərdə tikinti-­quruculuq işlərinin aparılması üçün ilk növbədə yolların yen­idən çəkilməsi, körpü və tunellərin tiki­ntisi xüsusi əhəmiyy­ət daşıyır.​ Bu məq­sədlə azad edilən ər­azilərdə Prezident cənab İlham Əliyevin tapşır­ığına əsasən müasir yol infrastrukturunun yenidən qurulması istiqamətində genişm­iqyaslı tikinti işlə­ri həyata keçirilir. Cənab Prezidentin imzalad­ığı müvafiq sərəncam­larla bu ərazilərdə çoxlu sayda avtomobil yollarının inşasına böyük həcmdə maliy­yə vəsaitləri ayrılı­b.​ Böyük Qayıdışın təmin edilməsi,​ 30 ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq arzusu ilə yaşayan insanların tez bir zamanda işğaldan azad olunan ərazilərə köçürülməsi üçün hazırda burada genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işləri həyata keçirilir. Bu ərazilərdə yaşayış kompleksləri, xəstəxana, məktəb binaları və.s tikilir. Böyük Qayıdış planına uyğun olaraq, hazırda Qarabağ regionunda yol infrastrukturu da yenidən qurulur. Mayın ayında Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi baş tutub. Bu, işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinin sürətlə davam etməsinin göstəricisidir. İlk pilot layihə olaraq məhz Zəngilanda 200 evdən ibarət “ağıllı kənd” salınıb. Bu kənddə məktəb, tibb məntəqəsi, məşğulluq, sosial və digər xidmətlər fəaliyyət göstərəcək. Azərbaycanın müstəqil iqtisadiyyatının gücü hesabına “Böyük qayıdış” prosesinə start verilib və ilk olaraq zəngilanlıların doğma torpaqlarına qayıdışı baş tutub. Öz yurdlarından didərgin düşməyə məcbur edilmiş soydaşlarımızın qayıdışı həm Azərbaycan iqtisadiyyatına töhfə vermiş olacaq, həm gücümüzə güc qatacaq, həm də bu “Böyük Qayıdış” tarixdə iz buraxacaq. Bu, bizim üçün həm də ona görə qürurvericidir ki, gələcək nəsilin kitablardan oxuyacağı tarixi biz canlı yaşayırıq, bu tarixi hadisələrin iştirakçısıyıq. Bu qüruru bizə yaşatdığına görə Azərbaycan Ordusuna, Silahlı Qüvvələrin Ali Baş Komandanına təşəkkür edirik.

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki