İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən KOBİA Azərbaycanda mikro, kiçik və orta biznesin inkişafı istiqamətində məqsədyönlü fəaliyyət göstərir, müxtəlif dəstək mexanizmləri ilə daim KOB-ların xidmətindədir.
“Qanunla.az” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında paylaşım edib.
Nazir biznesin qurulması və inkişafı, innovativ ideyaların reallaşdırılmasına dəstək istiqamətində Agentliyin fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib.