image-qanunla-reklam
image-dutp_m9xgaabvf3

Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir

image-lady-day-az

Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.

Azərbaycanlılara qarşı ermənilər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən, mərhələ-mərhələ gerçəkləşdirilən qeyri-insani etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmış, indi Ermənistan adlandırılan ərazidən, Dağlıq Qarabağdan, ətrafda olan yeddi rayondan-min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından kütləvi qətl və qırğınlara məruz qoyularaq didərgin salınmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılmışdır. Əsrlər boyu azərbaycanlılara qarşı dəfələrlə törədilmiş və öz siyasi-hüquqi qiymətini almamış, dünya ictimaiyyəti üçün qaranlıq qalan soyqırım tarixin açılmamış səhifələrindən biridir. Bu gün özünü dünyaya məzlum, əzabkeş xalq kimi təqdim etməyə çalışan ermənilərin törətdiyi vəhşilik, analoqu olmayan qəddarlıq nəticəsində azərbaycanlılar öz ata-baba yurdlarından, torpaqlardan qovulmuş, bu ərazilər erməniləşdirilmişdir. Qan yaddaşımızın ən ağrılı-acılı səhifələrindən olan deportasiya, soyqırım və qaçqınlıq bəlaları haqqında danışmağı belə bizə yasaq etmişdirlər-nəhayət, Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra uzun illərin sukutuna son qoyuldu- öz dədə-baba, etnik torpaqlarından qovulmuş həmvətənlərimizin çəkdiyi əzab-əziyyətlərin dilə gətirilməsi, öyrənilməsi, bütün bunlar barədə dünya ictimaiyyətinə məlumat verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1997-ci il tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında” və 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanları yeni imkan, çox qiymətli və tarixi bir addım oldu. Bu fərmanlarda son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımızın məruz qaldığı ağır məhrumiyyətlər, milli faciə və məşəqqətlər qeyd olundu. Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı SSRİ Nazirlər Sovetinin adi hüquq normalarına zidd olan 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları oldu-1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı avtoritar-totalitar rejimin mövcud repreesiya qaydalarının geniş tətbiq edilməsi, minlərlə insanların, o cümlədən qocaların və körpələrin ağır şəraitə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə məruz qoyularaq Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi və zorakılıqla sürgün olunmuşdur. Tarixən azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiya olunması, iki yüz illik qaçqınlıq tarixi, bu faciənin tarixi kökləri, onun ictimai-siyasi amilləri araşdırılmamış, dünya ictimaiyyətinə çatdırılmamış, ümumiyyətlə təbliğ olunmamışdır.

Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa,bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

 

Zərdab rayon Çallı kənd tam orta məktəbin  psixoloqu – Kərimli Eltun.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki