image-qanunla-reklam
image-1685090781_post_image40646deef1f4054

Azərbaycanda özəl pensiya fondları yaradıla bilər?

image-lady-day-az

“Azərbaycanda özəl pensiya fondlarının yaradılması çətin deyil. Lazımi normativ hüquqi sənəd layihələri hazırlanır, müvafiq prosedurlar icra edilir və fond yaradılır. Burada çətin heç nə yoxdur”.

“Qanunla.az” xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, çətin olan bu fondun özünü doğrultmasıdır:

“Ona görə də 10 ilə çatır ki, müxtəlif vaxtlarda gündəmə gəlir və bir az sonra mövzu donur.  Çünki bu fondun uğurlu fəaliyyəti üçün tam başqa iqtisadi şərait lazımdır.  Hansı ölkələrdə iqtisadi şərait üstündürsə, orada bu fondlar uğurla fəaliyyət göstərir. Bunun çox sadə izahı var. Əgər ölkədə açılan müəssisələr bir neçə il sonra bağlanmırsa, investisiyaların ROİ indeksi yuxarıdırsa, investora ciddi gəlir gətirirsə, əlində pul olub iqtisadiyyata pul yatırmaq istəyən investorların və ya digər fondların investisiya həcmləri iqtisadiyyatın tələb etdiyi investisiya həcmlərini ödəməkdə çətinlik çəkirsə, o zaman özəl pensiya fondu yaradılıb doğru idarə edilərsə, böyük uğur qazana bilər. Yalnız vətəndaş bu halda fonda qoyduğu pulu 40-45 il sonra faizlə bərabər problemsiz şəkildə pensiya kimi alacağına əmin olar”.

Ekspert bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsi prosesinin nəticələri özəl pensiya fondunun özünü necə aparacağı ilə bağlı bir sıra suallara cavab tapmağa kömək edəcək:

“Əgər sərbəst vəsaitlər dövlət fonduna gəlir gətirərsə, davamlı müsbət dinamika izlənərsə, o zaman özəl pensiya fondları haqqında daha ürəklə danışmaq olar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki