image-qanunla-reklam
image-bakubuildings_40

Azərbaycan xalqının tarixi azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir

image-lady-day-az

“Azərbaycanı parçalamaq Azərbaycanın daxilində və xaricində olan düşmənlərin uzun illərdən, bəlkə də əsrlərdən bəri ən bəd niyyəti, istəyi, arzusu olmuşdur.”

Azərbaycan xalqının tarixi azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir. XX əsrdə iki dəfə öz müstəqilliyini elan edən Azərbaycanda Xalq Cümhuriyyətinin yaradılması ilə ölkəmizin adı Şərqin və Türk dünyasının tarixinə ilk respublikanın qurulduğu ölkə kimi düşmüşdür. Lakin təəssüf ki, bu respublika cəmi 23 ay fəaliyyət göstərmiş, Azərbaycan XX əsrin sonlarında isə ikinci dəfə müstəqillik əldə etmişdir. Yeni qurulmuş Azərbaycan Respublikası müstəqil dövlət kimi demokratik hüquqi dövlət quruluşunu seçdiyini bəyan etsə də, məlum olduğu kimi XX əsrin sonlarının mürəkkəb ictimai-siyasi vəziyyətində müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir vəziyyətdə görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsi ilə ölkəmiz müstəqil dövlət kimi varlığını qoruyub saxlaya bildi və inkişaf yolunu seçdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmuşdur. Ötən əsrin 90-cı illərində xalqımız dövlət müstəqilliyinə nail olmuşdur. Azərbaycanın milli müstəqillik konsepsiyası isə daha əvvəl Ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmışdır. Ulu öndər sovet totalitar rejiminin tüğyan etdiyi dövrlərdə böyük uzaqgörənliklə Azərbaycanın gələcək müstəqilliyi üçün mühüm hərbi, iqtisadi, sosial, ideoloji tədbirlər həyata keçirmişdir. Dahi şəxsiyyət 1969-cu ildə siyasi hakimiyyətə gəldiyi ilk gündən başlayaraq böyük uzaqgörənliklə Azərbaycanın gələcək müstəqilliyi üçün təməlləri hazırlamışdır. 1993-cü ilin yayında Azərbaycan öz dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü il iyununda xalqın təkidli tələbi ilə Bakıya döndü. Bu dönüş tarixi zərurət, xalq istəyinin ifadəsi idi. O böyük şəxsiyyət gəlişi ilə Azərbaycanı fəlakətdən qurtardı, insanlarda inam yaratdı. Bütün ömrü boyu həyatının mənası bildiyi Azərbaycanı müstəqil dövlətə çevirmək Ulu Öndərimizin ən böyük arzusu, onun məhsuldar siyasi fəaliyyətinin ən mühüm yekunu və məntiqi nəticəsidir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Məleykə Hümbətova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki