image-qanunla-reklam
image-bez-nazvaniya-1

Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır

image-lady-day-az

Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır.

 44 günlük  Vətən müharibəsində qardaş Türkiyənin hərtərəfli dəstəyi Qələbəyə inamı daha da artırdı. Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin “Bütün bu 44 gün ərzində qardaş Türkiyənin dəstəyini biz hər an hiss edirdik, bütün Azərbaycan xalqı hiss edirdi.
Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır”-sözləri böyük dəstəyə verilən qiymətdir.  İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi. Müharibənin ilk saatlarından Türkiyə Prezidentinin Azərbaycana açıq dəstəyi  müharibəyə müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı. 2020-ci ildə Bakıda Vətən müharibəsindən sonra keçirilən Qələbə paradında Azərbaycan-Türkiyə hərbi qüvvələrinin birgə iştirakı, İki ölkə rəhbərinin Qələbə paradını birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Zəfər paradı azərbaycan-türkiyə, bir millət, iki dövlət qardaşlığımızın göstəricisi oldu. “Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk”.- bu sözlər cənab Prezidentimizin tarixi fikirləridir.

 

Samir Talıbov

Saatlı Tarix-diyarşünslıq muzeyinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki