image-qanunla-reklam
image-file1255444615755

Azərbaycan Respublikası İƏT-nın ən aktiv və nüfuzlu üzvlərindən biridir

image-lady-day-az

Azərbaycan Respublikası İƏT-nın ən aktiv və nüfuzlu üzvlərindən biridir

Azərbaycan 1991-ci ilin dekabrında öz müstəqilliyini bərpa etdikdən sonra Islam Əməkdaşlıq Təşkilatının üzvü olmuşdur və ölkənin daxil olduğu ilk təşkilat oldu. İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə Mərakeşdə təsis edilmiş bir hökumətlərarası təşkilatdır. İslam Konfransı Təşkilatı Ermənistanın Azərbaycana təcavüz faktını tanıyan ilk beynəlxalq qurum olmuşdur. Tarixi keçmişi, dini, mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın təşkilata üzv olması beynəlxalq aləmdə respublikamızın qarşısında yeni üfüqlər açdı. Belə ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı və ona üzv dövlətlərin ardıcıl dəstəyinə nail oldu. Azərbaycanın xarici siyasət kursunun genişlənməsi, uğurlu strategiya və beynəlxalq qurumlardakı balanslaşdırılmış diplomatik fəaliyyəti müsəlman təşkilatları ilə həmrəyliyin əhəmiyyətini artırmışdır. Azərbaycan Respublikası ötən illər ərzində siyasi, iqtisadi və mədəni siyasətini daha da genişləndirərək beynəlxalq qurumlarda nüfuz sahibinə çevrilmişdir. Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət kəsb edir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki