image-qanunla-reklam
image-1674071690-16740703943308457524_1200x630-1

Azərbaycan Latviyanın çox önəmli tərəfdaşıdır – Egils Levits

image-lady-day-az

Azərbaycan Latviyanın çox önəmli tərəfdaşıdır.

“Qanunla.az” xəbər verir ki, bunu Latviya Prezidenti Egils Levits Azərbaycan Prezidenti İlham Əliyevlə Davosda keçirdiyi görüşdə deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi fəaliyyətini xüsusi qeyd edib.

Prezident Egils Levits, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində bir sıra təşəbbüslərə imza atdığını bildirib, xüsusilə COVID-19-a qarşı mübarizə istiqamətində uğurlu fəaliyyətini vurğulayıb.

Qeyd edək ki, söhbət zamanı Azərbaycan Prezidenti latviyalı həmkarını ölkəmizə səfərə dəvət edib və dəvət minnətdarlıqla qəbul olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki