image-qanunla-reklam
image-63243544d84d1

Azərbaycan Ermənistana sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib

image-lady-day-az

Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib.

“Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində Prezident cənab İlham Əliyev ölkəmizin haqq işinə diqqət çəkərək Vətən müharibəsindəki Zəfərimizlə yaranmış yeni reallıqların iqtisadi əhəmiyyətindən bəhs etdi. 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq. Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İlkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində iş aparılır.

Azərbaycan milli maraqlarını hər zaman qətiyyətlə müdafiə edən Prezident cənab İlham Əliyev bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyinin narahatlıq doğurduğuna da diqqət çəkdi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi kağız üzərində qalmışdı. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, ölkəmizdəki vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Lakin Azərbaycan Qarabağ münaqişəsini öz gücünə hərbi-siyasi yolla həll edərək BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi. Bir sözlə, ölkəmiz öz gücünə beynəlxalq hüququn və tarixi ədalətin bərpa olundu.

Nicat Məmmədli- Zərdab şəhər sakini, “Rayon Mərkəzi Xəstəxanası” PHŞ əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki