image-qanunla-reklam
image-ilham-ursula

Azərbaycan-Avropa İttifaqı münasibətləri uğurla inkişaf edir

image-lady-day-az

Azərbaycan-Avropa İttifaqı münasibətləri uğurla inkişaf edir

İyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri qarşılıqlı əlaqələrin yüksək inkişafının göstəricisidir. Onun  sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen arasında Azərbaycan Respublikası ilə Avropa İttifaqı  arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını ölkəmizin  Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu artacaq.

Tərəflərin enerji sahəsində əməkdaşlığının uğurlu tarixi var. Belə ki, Azərbaycan və Avropa İttifaqı 2006-cı ildə enerju sahəsində Anlaşma Memorandumunu və 2011-ci ildə isə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməni imzalayıb.

Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Ötən gün imzalanan Memorandum isə gələcək üçün bir növ yol xəritəsi hesab olunur. Prezident ilham Əliyevin dediyi kimi, enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq isə böyük nailiyyətdir. İmzalanmış  Memorandum vasitəsilə Cənub Qaz Dəhlizinin imkanları daha da genişləndiriləcək. Bu, artıq Avropa İttifaqı üçüxn çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Bir neçə il ərzində isə onun ötürücülük imkanı 20 milyard kubmetrə çatdırılacaq. Beləliklə, Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artırılacaq və gələn ildən bu göstərici  12 milyard kubmetrə yüksələcək.

İmzalanmış memorandumda digər mühüm məqam bərpaolunan enerji ilə bağlıdır. Azərbaycanın bərpaolunan enerji sahəsində nəhəng potensiala malik olduğunu Avropa Komissiyasının rəhbəri  Ursula Fon der Lyayen də vurğulayıb, xüsusilə də dənizin külək enerjisini və “yaşıl” hidrogeni qeyd edib. Bu o deməkdir ki, Anlaşma Memorandumu vasitəsilə həmin sahədə əməkdaşlığın möhkəm təməlini qoyulur. Gələcəkdə  Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək.

Ümumiyyətlə, Avropa İttifaqı Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması istiqamətində də mühüm təşəbbüslərlə çıxış edir. Avropa İttifaqı Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin  minalardan təmizləmənməsinə də dəstək verir. Çox yaxşı olardı ki, erməni vandalizmi nəticəsində tamamilə dağıdılmış yaşayış məntəqələrinin bərpası prosesində də Avropa İttifaqı yaxından iştirak etsin. Bunun üçün böyük imkanlar vardır.

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki