image-qanunla-reklam
image-1665472967_musa

“Avropa siyasətbazları bu günü gözləyir” – Deputat

image-lady-day-az

“Bütün terroru, xüsusilə də erməni terrorunu qətiyyətlə pisləyirik. Dinc əhaliyə qarşı törədilən hadisələr bütün bəşəriyyətə qarşı cinayətdir”.

“Qanunla.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deputat Musa Quliyev deyib.

Deputat bildirib ki, cinayətkarların tezliklə tutulmasını və beynəlxalq aləmdə məhkəmə qarşısına çıxarılmasını təmin etməliyik:

“Avropa siyasətbazları bu günü gözləyir və bu da çox yaxındadır. Avropadakı bəzi nümayəndələr ermənipərəst mövqe tutaraq öz arzularını Azərbaycana şər atmaqla bildirirlər. Xocalı, Edilli faciəsi, eləcə də iki il bundan əvvəl Gəncənin dinc sakinlərinin raket atəşinə tutulması terror deyil? Ermənilər daha nə etməlidir ki, Avropada terror dövləti kimi tanınsın?!”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki