image-qanunla-reklam
image-62d64f969832b

Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhuna və qarşılıqlı dəstəyə əsaslanır

image-lady-day-az
Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhuna və qarşılıqlı dəstəyə əsaslanır

Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın xarici siyasət kursunda üstünlük verdiyi məsələlərdəndir. Bu mənada, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhuna və qarşılıqlı dəstəyə əsaslanır. ELəcə də Azərbaycan ilə Avrasiya bölgəsinin mühüm birliklərindən biri olan Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir, tərəflər arasında konstruktiv dialoq mövcuddur və bu əlaqələr şaxələndirilmiş xarakter alıb. Təsadüfi deyil ki, hazırda Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və hazırda İttifaqın 9 üzv ölkəsi ilə respublikamız arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Elə bu səbəbdəndir ki, Avropa İttifaqı və Azərbaycan münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir və Aİ Azərbaycanın əsas ticarət, o cümlədən ən böyük ixrac tərəfdaşıdır.

Azərbaycan mühüm enerji layihələrinin həyata keçirilməsində liderliyi və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu böyükdür. Regionda yaranan yeni vəziyyət Avropa İttifaqının Azərbaycanla enerji sahəsində əməkdaşlığının istiqamətlərini genişləndirəcəyini istisna etmirdi. Yaranmış situasiyaya uyğun olaraq Avropa İttifaqı öz enerji resursları mənbələrinin şaxələndirilməsini və yanacaq məhsullarında Rusiyadan asılılığına son qoymaq istəyirdi. Buna görə də Avropa İttifaqında enerji ixrac edən alternativ ölkələrlə, o cümlədən təbii qaz sahəsində Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə böyük maraq var idi. Bu mənada, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış sənədə əsasən Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmi ikiqat artacaqdır. Azərbaycandan Avropa bazarlarına TAP boru kəməri ilə nəql edilən təbii qazın həcmi 2027-ci ildə ikiqat artacaqdır. Perspektivdə Yunanıstan və Bolqarıstana tədarüklər nəzərə alınmaqla, eləcə də TAP-ın ötürücülük gücünün iki mərhələdə artırılması sayəsində kəmərlə 20 milyard kubmetrdən çox təbii qaz nəql etmək mümkün olacaq. O da vurğulanmalıdır ki, TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirən qovşaq layihəsidir. TAP-ın çatdırdığı qaz həcmləri Avropa İttifaqı üçün yeni etibarlı, təhlükəsiz və sərfəli enerjini mənbəyini təmin etməklə yanaşı, enerji yol xəritəsini asanlaşdırmaqda əsas rol oynayır. Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır, yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynayır. Bu mənada, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin dediyi kimi, kəmərin ötürücülük imkanı gələn il 12 milyard kubmetrə, bir neçə il ərzində isə 20 milyard kubmetrə çatdırılacaq ki, bununla da Rusiyadan qaz təchizatının həcmi azaldılacaq və Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə veriləcəkdir.

 

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki