image-qanunla-reklam
image-16654837225335646753_1000x669

Artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşdırlar

image-lady-day-az

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev oktyabrın 11-də Qırğız Respublikasına dövlət səfəri edib. Səfərin əsas məqsədlərindən biri Qırğızıstan-Azərbaycan strateji əlaqələrini daha da inkişaf etdirməkdir. Qırğızıstan Prezidenti Sadır Japarovun bu il aprelin 19-20-də Bakıya rəsmi səfəri iki ölkənin qarşılıqlı münasibətlərini qarşılıqlı fəaliyyətin strateji tərəfdaşlıq kimi daha yüksək səviyyəsinə çıxarıb, dövlət başçıları müvafiq Bəyannamə imzalayıblar. Bundan başqa, Qırğızıstan tərəfinin təklifi ilə hər iki ölkə prezidentlərinin daimi nəzarəti altında dövlət orqanlarının qarşılıqlı fəaliyyətini inkişaf etdirməyə imkan verən nadir mexanizm – dövlət başçılarının Dövlətlərarası Şurasının yaradılması barədə Memorandum imzalanmışdır. Azərbaycan və Qırğızıstan arasındakı əlaqələr bizim milli köklərimizə, mənəvi dəyərlərimizə, dinimizə, dilimizə, mədəniyyətimizə bağlı tarixi münasibətlərdir. Bu əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. Prezident İlham Əliyevin Qırğızıstana səfəri zamanı imzalanan sənədlər olduqca böyük əhəmiyyət daşıyır. İlk növbədə, hər iki ölkənin prezidentinin iştirakı ilə Birinci Dövlətlərarası Şuranın keçirilməsi, qərarların qəbulu olduqca əhəmiyyətlidir.

Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox sıx tellərlə bağlıdırlar. Bu iki xalq arasında münasibətlər tarixin dərinliklərinə gedib çıxır. Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır. Qırğızıstanda yaşayan azərbaycanlıların əksəriyyəti 30-cu illərin repressiyaları zamanı Azərbaycandan sürgün olunanlar və onların övladlarıdır. Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri ölkənin biznes sahəsində, iqtisadiyyatın digər sahələrində fəal iştirak edirlər. Ölkənin tanınmış cərrahları, iş adamları arasında da azərbaycanlılar çoxdur. Soydaşlarımız əsasən, Bişkek, Talas, Qara-Balta şəhərlərində yaşayırlar. Öz tarixi yurdlarından ayrı yaşamalarına baxmayaraq, Qırğızıstanda yaşayan azərbaycanlılar dil və adətlərini qoruyub saxlayıblar. Azərbaycan və qırğız xalqları həm də digər türkdilli xalqlar kimi ortaq mədəniyyətə malikdirlər. Bu xalqlar arasında mədəni əlaqələr inkişaf etməkdədir.

Cənab Prezidentimizin Qırğızıstana səfəri təkcə iki ölkənin xarici siyasətinə aid məsələ kimi qiymətləndirilməməlidir. Əlbəttə, bu səfər Azərbaycanla Qırğızıstan arasında strateji tərəfdaşlığın möhkəm dayayaqlar üzərində inkişafında mühüm rol oynayacaq. Daha geniş baxış bucağından yanaşdıqda isə Türk Dövlətləri

Təşkilatının gələcək uğurlu perspektivləri də göz önünə gəlir. Bişkekdə verilən bəyanatlar bir daha aydın edir ki, türk birliyinin möhkəmləndirilməsi türk coğrafiyasına aid dövlətlər üçün strateji məsələdir. Bu kimi görüşlər gələcəkdə də davam etdiriləcək və iki ölkə arasındakı münasibətlər daha sıx xarakter alacaq.

 

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbinin müəllimi-İlahə Mustafayeva.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki