image-qanunla-reklam
image-agdam_1

Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb

image-lady-day-az

Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb.

İllərdir cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdə böyük rol oynadı. Bu torpaqların azad olunması, ərazi bütövlüyümüzün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm hadisədir. Bu qələbə ilə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu.

Azad olunmuş torpaqların iqtisadi potensialından istifadə, müəyyən olunmuş iqtisadi strateji istiqamətlər növbəti illərdə ölkəmizin sosial –iqtisadi inkişafını yeni, keyfiyyətcə daha yüksək mərhələyə qaldıracaq. O cümlədən işğaldan azad olunmuş torpaqlarımızdan biri olan Ağdam şəhəri də.

Qarabağın mərkəzi hesab olunan Ağdam antik dövrdən bu günədək zamanın bütün inkişaf prosesini özündə əks etdirən mədəniyyət və memarlıq  mərkəzi olmuşdur. Noyabrın 20- də Ağdam şəhəri heç bir şəhid vermədən işğaldan azad olunaraq öz əzəli sahiblərinə qaytarıldı. Qarabağda infrastruktur quruculuğu işğalın həmən ardınca başlasa da, məhz Ağdamda ilk təməlin atılması bir başqa hadisədir. Bu, çox önəmli bir addımdır. Bu tarixə, irsə xüsusi qayğının ifadəsidir. Müstəqil siyasət aparan, güclü və qüvvətli dövlət başçımız, qalib və rəşadətli ordumuz bu şərəfli tarixi missiyanı layiqincə yerinə yetirdi. Bundan sonra Azərbaycan qalib dövlət kimi inkişaf edəcəkdir.Ağdam artıq ruhlar şəhəri deyil, ruhları oxşayan bir şəhər olacaqdır.

Mayisə Xəlilova Dəkkəoba kənd tam orta məktəbin direktor müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki