image-qanunla-reklam
image-1709392579

“Abşeron” layihəsinin ilk fazası artıq təsdiq edilib

image-lady-day-az

“Abşeron” layihəsinin ilk fazası artıq təsdiq edilib. Orada illik hasilatın 1.5 milyard kubmetr həcmində olmasını gözləyirik.

Martın 1-də ölkəmiz növbəti mötəbər toplantıya ev sahibliyi edib. Bakıdakı “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edərək çıxış edib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir və bu il tədbirin 10 ili tamam olur. Bu il Bakıda keçirilən  toplantıda Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olunub. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak ediblər. Xatırlatmaq lazımdır ki, Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson və Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov hazırda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədrləridir. Onlar Avropa İttifaqının bütün planlarımızın reallaşdırılmasında yer alması üçün məhsuldar fəaliyyət göstərirlər.Toplantıdakı çıxışında ölkə başçısı bir sıra mühüm məqamlara toxunub. Qeyd edilib ki, Cənub Qaz Dəhlizi tamamilə yeni bir marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib. Azərbaycana gəldikdə isə Azərbaycan qazı yeni mənbədir. Bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir.Xəzər dənizinin Azərbaycana məxsus sektorunda, “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı keçən il baş verən vacib hadisələrdən biri olub. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. “Abşeron” qaz-kondensat yatağı ölkəmizin  gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcəkdir.“Abşeron” layihəsinin həyta keçirilməsinin ilk fazasında burada illik hasilatın 1,5 milyard kubmetr həcmində olması gözlənilir. İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcəkdir ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq. Əldə edilən növbəri nailiyyət Azərbaycanın daha iki ölkə – Macarıstana və Serbiyaya qaz nəql etməsidir. Bununla da ölkəmizin Avropaya qaz təchizatı coğrafiyası genişlənərək 8-ə çatmışdır ki, onlardan da altısı Avropa ölkəsidir. Ölkəmizin keçən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində Cənub Qaz Dəhlizi layihəsi dayanır ki, onlar ölkəmizə Avropada mümkün qədər çox məntəqələri əhatə etməyə imkan verəcəkdir.Ötən ildən Birləşmiş Ərəb Əmirliklərini təmsil edən ADNOC şirkəti Abşeron layihəsinin səhmdarı oldu. Bu, da öz növbəsində əlavə maliyyələşmə, təcrübə olmaqla beynəlxalq əməkdaşlığı daha da genişləndirəcəkdir. Tədbirəki çıxışında Prezident İlham Əliyev bildirib: “Hesab edirəm ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur”. Gələcək planların müzakirəsi zamanı qeyd edildi ki,  ilin ilk rübündən etibarən çox böyük ehtiyata malik, olduqca ümidverici struktur olan “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını gözlənilir.  Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” Azərbaycanın neft ixracının əsas mənbəyidir.   İlkin mərhələdə burada hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dörd dəfə artacaqdır. Bununla yanaşı, “Ümid” qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi mövcuddur ki, potensial olaraq oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olacaqdır. Beləliklə, bütün bu planlar tamamilə realdır, onlar müfəssəl təhlilə, məlumata, informasiyaya və ölkəmizin maliyyə resurslarına, habelə investorlarla razılaşmalara əsaslanır. Bu gün Avropada Azərbaycan qazına böyük tələbat vardır. Öz növbəsində ölkəmizin də resursları və lazımi infrastrukturu vardır.

 Cəvahir Murtuzayeva-Zərdab Gənclər evinin psixoloqu

 

 

Azərbaycan yaşıl enerjiyə keçid prosesində iştirak edir.

 Martın 1-də Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında bir çox digər vacib məsələlərlə yanaşı, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının yeni perspektivləri də müzakirə olunub. Məşvərət Şurasının bütün toplantılarında müzakirə olunan enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın mövqeyinin hər zaman ardıcıl olduğunu diqqətə çatdırıb.Enerji təhlükəsizliyinin təmin olunmasının hər bir ölkənin milli təhlükəsizlik məsələsi olduğu nəzərə alınmaqla, bu gün Avrasiyada mövcud olan geosiyasi vəziyyət görülən işlərin son dərəcədə düzgün olduğunu sübut edir. Cənub Qaz Dəhlizinə artıq bir çox marşrutlar üzrə interkonnektorların əlavə edilməsi də bu layihənin müstəsna əhəmiyyətindən xəbər verir.Avropaya qaz təchizatının coğrafiyasının genişlənməsinin ölkəmizin iqtisadiyyatı üçün önəmli amil olduğunu qeyd edib.Bu gün Azərbaycan səkkiz ölkəyə qaz nəql edir və onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor şəbəkəsinin təməlində də, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsinin durması Azərbaycanın təşəbbüskarı olduğu layihələrin Avropa İttifaqı ölkələri arasında əməkdaşlığın inkişafında mühüm rol oynadığını təsdiq edir. Məhz bu səbəbdən də Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın bundan sonra da interkonnektorlar şəbəkəsinin Avropada daha da şaxələndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğuladı. Bu gün Azərbaycan Avropada qaza olan tələbatı ödəmək üçün qaz mənbələrinə də, nəqliyyat marşrutlarına da sahibdir. Dövlət başçımızın qeyd etdiyi kimi, hazırda Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığı da əldə olunub. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir. Ölkəmizin qaz ehtiyatlarının qiymətləndirilməsi bunu deməyə əsas verir ki, uzun illərdən bəri Azərbaycanda guya ki, kifayət qədər qaz olmadığı barədə yayılan şayiələr tamamilə əsassızdır və ölkəmizə qarşı davamlı olaraq aparılan qərəzli kampaniyanın tərkib hissəsidir.Azərbaycanın yaşıl enerji sahəsində çalışmalarından bəhs edərək deyib: Məlum olduğu kimi, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Öz çıxışında bu məsələyə ətraflı toxunan cənab Prezident İlham Əliyev bildirdi ki, ölkəmizin bərpaolunan enerji layihələri yüksək göstəricilər nümayiş etdirir. Azərbaycanın nəhəng bərpaolunan enerji ehtiyatları ölkəmizin yaxın gələcəkdə “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından birinə çevrilməsinə imkan verəcək. COP29-un bu il Azərbaycanda keçirilməsi barədə qəbul edilmiş qərar da ölkəmizin yaşıl gündəliyini bir daha nümayiş etdirir.

 Toğrul Abulov -Zərdab Gənclər evinin metodisti

 

 

Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir.

Azərbaycan böyük bərpaolunan enerji potensialına malik olan ölkədir və hazırda alternativ enerjiyə uğurlu keçidin nümunəsidir. Müasir Azərbaycanın adının neftlə sıx bağlı olmasına baxmayaraq, ölkəmiz regionda yaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir.Hökumətin iqlim dəyişmələri ilə mübarizəyə töhfə vermək, yaşıl enerjiyə keçid üzrə işlərin və Azərbaycanın beynəlxalq arenada şəksiz nüfuzunun məntiqi nəticəsi Bakının dünyanın ən iri və nüfuzlu tədbirlərindən birinin – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP 29-a ev sahibi seçilməsi oldu. Bu konfransın Azərbaycanda keçirilməsi ölkəmizin alternativ enerji sahəsi üzrə texnoloji həllər məsələsində nailiyyətlərini bütün dünyaya nümayiş etdirməyə imkan verəcək. 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması bunun davamı oldu.Azərbaycan nəinki müzakirələrə qoşulur, həm də iqlim dəyişmələri ilə mübarizə və planetin ekoloji rifahı üzrə praktiki tədbirlər görür. Onlardan bəzilərinə nəzər salaq.Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının yenidən qurulması prosesində əsas prioritetlərdən biri ekosistemin bərpası və ətraf mühitin qorunmasıdır. Artıq 2050-ci ildə bu ərazilərin sıfır tullantılı zonaya çevrilməsi planlaşdırılır.Azərbaycan hökuməti bərpaolunan enerji sahəsində Yaşmada elektrik stansiyasının tikintisi layihəsini həyata keçirməyi, Naxçıvanı Qarabağ və Şərqi Zəngəzurla (500 Mvt gücündə günəş elektrik stansiyasının tikintisi imkanı nəzərdən keçirilir) yanaşı, yaşıl enerji zonasına çevirməyi, Böyük Britaniyanın BP şirkətinin birbaşa xarici sərmayədar qismində çıxış etdiyi Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyasının işə salınmasını, SOCAR-ın ölkə ərazisində müəssisələrdə təbii qazdan istifadənin azaldılması üçün elektrik kabellərinin dəniz platformalarına birləşdirilməsi üzrə layihəsini, eləcə də Azərbaycandan Avropaya yaşıl enerjinin nəqli üçün Qara dənizin dibi ilə sualtı kabelin tikintisi layihəsini həyata keçirməyi planlaşdırır.Bununla yanaşı, Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropa bazarına hidrogenin nəqli üzrə tədqiqatlar aparılır. Xüsusilə təbii qaz və hidrogen qarışığının TAP boru kəməri ilə nəqli üçün zəruri avadanlığın konstruksiyasına tələbatlar öyrənilir. Eyni zamanda, bp və KBR (Böyük Britaniya), “Masdar” (BƏƏ) və “Equinor” (Norveç) kimi beynəlxalq şirkətlərlə əməkdaşlıqda hidrogenin istehsalında perspektiv texnologiyalara dair diskussiyalar aparılır: söhbət dənizdəki külək turbinlərindən alınan elektrik enerjisindən istifadə etməklə dəniz suyunun elektrolizi yolu ilə yaşıl hidrogenin, eləcə də dənizdən hasil olunan təbii qazdan alınan mavi hidrogenin istehsalından gedir. Lakin qaz-hidrogen qarışığının nəqli kifayət qədər mürəkkəb texnoloji prosesdir və bir sıra istismar, həmçinin kommersiya amillərindən də asılıdır. Buna görə də SOCAR bilavasitə Avropadakı satış mənbələrindən hidrogen layihələrinə sərmayə yatırmaq imkanını alternativ variantlardan biri kimi nəzərdən keçirir.Qeyd etmək yerinə düşər ki, beynəlxalq təşkilatların məlumatına görə, SOCAR yaxın 10 ildə dekarbonlaşmaya nail olacaq.

 Toğrul Abulov-Zərdab Gənclər evinin metodisti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki