image-qanunla-reklam
image-1661494842_1024x682_84315509058

ABŞ növbəti rəsmisini Tayvana göndərdi – “Biz kimisə təhqir etməyəcəyik”

image-lady-day-az

ABŞ bu ay üçün sonuncu siyasətçisini Tayvana səfərə göndərib. 

Qanunla.az ABŞ KİV-ə istinadən xəbər verir ki, Senatın Ticarət və Silahlı Xidmətlər Komitəsinin respublikaçı senatoru Marşa Blekbern Tayvana gedib.

Onu Tayvanın Xarici İşlər Nazirliyinin baş direktoru Duqlas Yu-Tien Hsu qarşılayıb.

Marşa “Mən Pekinə mesaj göndərmək üçün Tayvana gəldim. Biz bəziləri kimi kimisə təhqir etməyəcəyik”, – deyə mətbuata açıqlama verib.

O, həmçinin Birləşmiş Ştatların bütün dünyada azadlığı qorumaqda əzmkar olaraq qaldığını da deyib.

Ayrı bir bəyanatda Blekbern “Tərəfdaşlığımızı inkişaf etdirmək və gücləndirmək üçün Taypeydə liderlərlə görüşməyi səbirsizliklə gözləyirəm və belə səfərlərin ABŞ-ın çoxdankı siyasətidir”, -deyə bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki