image-qanunla-reklam
image-qh-prezident-1

Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəkləyib

image-lady-day-az

Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəkləyib

Azərbaycan Ordusu dövlət başçımızın, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində 44 gündə işğala son qoydu, 28 ildən artıq icrasını gözləyən BMT qətnamələrini təkbaşına icra etdi, haqq, ədalət bərpa olundu. Bu gün yeganə məqsəd ermənilərin işğaldan azad edilmiş ərazilərimizdə törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə elə həmin dövlətlərin, təşkilatların təmsilçilərinin vasitəsilə çatdırmaqdır. Azərbaycan hər zaman Ermənistana və ona havadarlıq edən dövlətlərə reallıqlarla barışmağa, sülhə, təhlükəsizliyə töhfələr verməyə çağırışlar edir. Dövlət başçısı İlham Əliyev daim bildirir ki, dünya xalqlarının üzləşdiyi problemlərin həlli üçün beynəlxalq hüquqa hörmət, siyasi müstəvidə yer alan aktual məsələlərə ədalət prinsipləri baxımından yanaşılması daha vacibdir.

Dünyanın 120 ölkəsini özündə birləşdirən Qoşulmama Hərəkatı səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olmaqla bərabər, beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır. Bu təşkilatın əsas məqsədi üzv dövlətlər arasında sülh və sabitliyi təmin etməkdir. Bu təşkilat Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ən çox sayda dövlətini bir araya gətirən ikinci böyük təşkilatdır. Qoşulmama Hərəkatının beynəlxalq müstəvidə hər zaman Azərbaycana çox ciddi dəstəyi olub. İstər İkinci Qarabağ müharibəsindən əvvəl, istərsədə sonra bu təşkilatın üzvləri arasında Azərbaycanın haqlı davasında ölkəmizin mövqeyini dəstəkləyənlər olub. Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir.  Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib. Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir.

 

Elvin Xəlilov- Zərdab rayon Əlvənd sakini, Əlvənd kənd tam orta məktəbin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki