image-qanunla-reklam
image-img_20220613_100234

Azərbaycan dövlətçiliyini dəyişən tarix – Tarix üzrə fəlsəfə doktoru, dosent Vüsalə Əliyeva

image-lady-day-az

Azərbaycan dövlətçiliyini dəyişən tarix – Tarix üzrə fəlsəfə doktoru, dosent

Azərbaycanın tarixinə nəzər salsaq xalqımızın taleyində elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də Milli Qurtuluş günüdür. Bu gün Azərbaycan xalqı üçün sadəcə sıradan təqvimdə bir bayram günü deyil, böyük ictimai siyasi eyni zamanda tarixi əhəmiyyətə malik bir gündür. Məhz iyunun 15- i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, inkişafında müstəsna rol oynayan mərhum prezidentimiz Heydər Əliyev olub. 1991-1993 cü illərdə ölkəmizdə baş verən anarxiya hər birimizə məlumdur. Sadəcə bir məsələni qeyd etmək kifayət edər ki, o vaxtdakı mənzərə gözümüz onunde yenidən canlansın. 1993- cü il iyunun 4- də Gəncədə Sürət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamami ilə anarxiyaya sürükləyirdi. Sürət Hüseynovun qiyamı Gəncə dairəsindən çıxaraq artıq Bakıya doğru irəliləyirdi. 1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. Məhz belə çətin bir vaxtda o zaman Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevi xalq Bakıya dəvət etdi. Heydər Əliyev iyunun 9-da Bakıya qayıdandan sonra Sürət Hüseynovla danışıqlar aparmaq üçün Gəncəyə gedir. Ordan qayıdandan sonra Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı çıxış edir və millət vəkillərinin qarşısında arayış təqdim edir. O zaman Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçilir. Bundan sonra millət vəkilləri 15 iyun tarixinin Azərbaycanın Qurtuluş günü kimi qeyd olunması təklifi ilə çıxış etdilər. O gündən etibarən hər il bu gün Milli Qurtuluş günü kimi qeyd edilir. Rəsmi olaraq ilk dəfə 1997- ci ildən bayram günü kimi elan edilib. 1998- ci ildən isə dövlət bayramı statusu alıb. Xalqın çağrışına səs verərək 1993-cü il iyunun 9-da Heydər Əliyevin Bakıya qayıtması Azərbaycanı parçalanmaqdan, dövlətçiliyi məhv olmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən qurtardı. Ulu öndər H. Əliyevdən sonra prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Məhz II Qarabağ zəfərindən sonra Azərbaycanın nüfuzunun təkcə regionda deyil bütün dünyada artmasını müşahidə edirik. Azərbaycan artıq təkcə regional layihələrə deyil nəhəng siyasi və iqtisadi güc mərkəzləri üçün geniş miqyaslı layihələrə rəhbərlik edir. Bu gün Azərbaycan Zəngəzur dəhlizi kimi böyük bir layihəni reallaşdırmaq ərəfəsindədir. Azərbaycanın bu məsələdə hədəflərindən biri Naxçıvanla bir başa əlaqə həmçinin enerji və digər məhsulları Türkiyə üzərindən Avropaya çatdırmaqdır. Bu layihə Azərbaycanın əsas rayonları ilə Naxçıvanı və ümumilikdə türk coğrafiyasını birləşdirəcək. Bütün bunlar İlham Əliyevin qüsursuz xarici siyasətinin nəticəsidir. Azərbaycanın bu cür uğurları bizə qürur, düşmənə isə sözün həqiqi mənasında göz dağı verir. Bu gün Azərbaycan ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki