image-qanunla-reklam
image-gh

Azərbaycan qlobal enerji təhlükəsizliyinə töhfə verən mühüm aktora çevrilib

image-lady-day-az

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin cari ilin 1 iyun tarixində rəsmi açılış mərasimində çıxışı

 

 Azərbaycan qlobal enerji təhlükəsizliyinə töhfə verən mühüm aktora çevrilib

 Bakıda Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı mərasimində ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlaması, Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktorunun çıxış etməsi, Böyük Britaniyanın biznes, enerji və təmiz inkişaf üzrə dövlət nazirinin videomüraciətinin səslənməsi bir daha Azərbaycan dövlətinə olan diqqətin göstəricisidir. Dünyanın güc mərkəzlərinin təmsilçiləri Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirməklə bir daha sübut edirlər ki, dövlətimiz bu sahədə mühüm aktora çevrilibdir.

Azərbaycan öz enerji təhlükəsizliyinə sərmayə yatırmaqla, daxili bazarda tələbatı tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində daha mühüm rol oynamağa çalışır: “Hazırda Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi kəmərlər vasitəsilə Avropa qitəsinə, region ölkələrinə neft və qaz nəql edir. Bu məqamda xüsusi olaraq qeyd olunmalıdır ki, Azərbaycan heç bir zaman neft və qaz amilindən siyasi təzyiq vasitəsi kimi istifadə etməyib. Bu səbəbdən də hər zaman etibarlı təchizat mənbəyi və tərəfdaş olaraq qəbul edilib. Təsadüfi deyil ki, ABŞ və Böyük Britaniya Azərbaycanın enerji siyasətini hər zaman dəstəkləyib, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiyanın İnfrastruktur və İnvestisiya Bankı ölkəmizin layihələrinin maliyyələşməsində iştirak edib. Eləcə də, Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur. Məhz deyilənlərin nəticəsidir ki, Azərbaycanın enerji siyasəti çərçivəsində həyata keçirdiyi layihələr tərəfdaş ölkələrin və beynəlxalq maliyyə institutlarının birgə səmərəli əməkdaşlıq platformasına çevrilir. Nümunə olaraq Cənub Qaz Dəhlizini göstərmək olar. Sözügedən müasir infrastruktur vasitəsilə ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac edib ki, cari ildə bu rəqəmin 24 milyard kubmetrə çatacağı gözlənilir. O da xatırlanmalıdır ki, Cənub Qaz Dəhlizinin icrası zamanı Azərbaycan boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurubdur.

Avropa ölkələrinin qaza olan tələbinin artması və məlum hərbi-siyasi proseslər Azərbaycanın və Xəzər hövzəsinin enerji qaynaqlarını daha da aktuallaşdırır: “Bu səbəbdən də, Prezident İlham Əliyevin bildirdiyi kimi potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Bunun üçün bizə müqavilələr lazımdır. Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Heç şübhəsiz ki, müxtəlif istiqamətə uzanan 3 neft və 4 qaz boru kəməri mövcud olan Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını da təqdim edir. Məhz bu potensialdan da maksimum dərəcədə istifadə olunmalı, Azərbaycanın mühüm tranzit potensialı təchizatçılar tərəfindən düzgün qiymətləndirilməlidir”.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo