image-qanunla-reklam
image-1653989910-15868563731619354927_1000x669

“Ermənistandan gələn azərbaycanlı qaçqınların pasportlarının taleyi necə oldu?”

image-lady-day-az

“Ermənistandan qaçqın düşən azərbaycanlıların Ermənistan vətəndaşı olduğunu göstərən pasportlar 1990-cı ildə yığıldı. Bu pasportlar DİN-in pasportstolları tərəfindən yığıldı. Baş Arxiv İdarəsinin rəsmilərindən soruşmaq istəyirəm ki, bu passportların taleyi haqqında məlumat varmı?”. 

“Qanunla.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əziz Ələkbərov deyib.

O, bildirib ki, bu passportlar bizim Ermənistan vətəndaşlığımızı sübut edən bəlkə də ən tutarlı, yeganə sənəddir:

“Bir faktı nəzərinizə çatdırmaq istəyirəm ki, 1995-ci ildə Ermənistan prezidenti Ter-Petrosyanın sərəncamı ilə Ermənistanda ərazi inzibati bölgü sistemi dəyişdirilərkən 36 rayon 10 vilayətə bölündü. Ondan bir il sonra əvvəlki kənd sovetlikləri, kəndlərdə azərbaycanlılara məxsus olan bütün arxivlər yandırıldı. Yəni, 20-30 il sonra biz ermənilərə sübut etməyə çətinlik çəkəcəyik ki, 1988-1991-ci illərdə bu ərazidən 300 minə yaxın azərbaycanlı qovulub. Mənə elə gəlir ki, bu passportların taleyi bizi çox düşündürməlidir”.

Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov isə deyib ki, Milli Arxiv Fondu sənədi saxlayan qurumdur:

“Məxfi sənəd kimi 10 mindən artıq sənəd var. Son dövrlər 1988-ci ildə Qərbi Azərbaycanlıların başına gətirilənlərlə bağlı sənədlərə müraciət edənlər var. Xarici İşlər Nazirliyi bu sənədlər əsasında arayışlar da hazırlayır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki